cahile laf anlatmak atasözü / Турецкие поговорки, устойчивые выражения - Memrise

Cahile Laf Anlatmak Atasözü

cahile laf anlatmak atasözü

1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir (Reyestr ) AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ TÜRKOLOGİYA Beynəlxalq elmi jurnal Международный научный журнал International scientific journal ci ildən nəşr olunur Издаётся с года Published since İldə 4 dəfə çıxır Выходит 4 раза в году Published quarterly 2 APREL-MAY-İYUN BAKI

2

3

4

5 T Ü R K O L O G İ Y A İÇİ N D Ə K İ L Ə R KLASSİK İRS Heydər Əliyev (Azərbaycan). Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türk Dünyası Yazıçılarının III Qurultayında nitqi HEYDƏR ƏLİYEV 94 Kamal Abdullayev (Azərbaycan). Ulu Öndər Azərbaycan Multikulturalizminin siyasi banisidir İsa Həbibbəyli (Azərbaycan). Böyük ədəbiyyat siyasəti və müasirlik Möhsün Nağısoylu (Azərbaycan). Heydər Əliyev və Azərbaycan dili Muxtar İmanov (Azərbaycan). Heydər Əliyev və Kitabi-Dədə Qorqud eposu Ərtegin Salamzadə (Azərbaycan). Heydər Əliyev və Azərbaycan bədii mədəniyyəti DİLÇİLİK Aytən Bayramova (Azərbaycan). Müxtəlifsistemli dillərdə kəmiyyətin ifadə olunmasının spesifik xüsusiyyətləri ƏDƏBİYYAT VƏ FOLKLOR Fikret Türkmen (Türkiyə), Janagul Samedova (Qazaxıstan). Müasir dövrdə qazax nəsrində postmodernizm Orhan Aras (Almaniya). Əsəd Bəy və Gürcüstan MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT Nilüfer Erkan (Türkiyə). Tomur Atagöyün rəsm əsərlərində ana ilahə obrazı və qadın şəxsiyyətinin izahı YAZILI ABİDƏLƏR İqor Kormuşin (Rusiya). Yenisey yazısı qədim türk runik əlifbasının dil baxımından fərqlənən variantları tərkibində: xronoloji aspektlər Ferah Türker (Türkiyə). Türklərdə kainat təsəvvürünün Dədə Qorqud obrazına təsiri TÜRKOLOJİ MƏRKƏZLƏR Firuz Fevzi (Əfqanıstan), Hasan Cankurt (Türkiyə). Əfqanıstanda Türkologiya

6 İÇİNDƏKİLƏR RESENZİYALAR Qətibə Mahmudova (Azərbaycan), Kəmalə Ələkbərova (Azərbaycan). Muhsin Nağısoylu. Şirazi ve Onun Gülşen-i Raz Çevirisi Elçin İbrahimov (Azərbaycan). Necati Demir. Oğuzname (İngiltere Nüshaları) İnceleme- Metin-Sözlük-Tıpkıbasım ELMİ HƏYAT Xronika PERSONALİA Əhməd Cavad Smet Kenesbayev Roza Eyvazova Camal Kamal

7 T Ü R K O L O G İ Y A С О Д Е Р Ж А Н И Е КЛАССИЧЕСКОЕ НАСЛЕДИЕ Гейдар Алиев (Азербайджан). Речь Президента Азербайджанской Республики Гейдара Алиева на III съезде писателей тюркского мира ГЕЙДАР АЛИЕВ 94 Камал Абдуллаев (Азербайджан). Великий лидер политический основоположник азербайджанского мультикультурализма Иса Габиббейли (Азербайджан). Большая литературная политика и современность Мохсун Нагисойлу (Азербайджан). Гейдар Алиев и азербайджанский язык Мухтар Иманов (Азербайджан). Гейдар Алиев и эпос «Китаби-Деде Горгуд» Эртегин Саламзаде (Азербайджан). Гейдар Алиев и азербайджанская художественная культура ЯЗЫКОЗНАНИЕ Айтен Байрамова (Азербайджан). Специфические особенности выражения количества в разносистемных языках ЛИТЕРАТУРА И ФОЛЬКЛОР Фикрет Тюркмен (Турция), Жанагюль Самедова (Казахстан). Постмодернизм в современной казахской прозе Орхан Арас (Германия). Асад бек и Грузия КУЛЬТУРА И ИСКУССТВО Нилюфер Эркан (Турция). Образ богини-матери и толкование женской личности в произведениях живописи Томур Атагёк ПИСЬМЕННЫЕ ПАМЯТНИКИ Игорь Кормушин (Россия). Енисейское письмо в составе изводов древнетюркского рунического алфавита: хронологические аспекты Ферах Тюркер (Турция). Влияние представления тюрков о Вселенной на образ Деде Горгуда ТЮРКОЛОГИЧЕСКИЕ ЦЕНТРЫ Фируз Февзи (Афганистан), Хасан Джанкурт (Турция). Тюркология в Афганистане

8 СОДЕРЖАНИЕ РЕЦЕНЗИИ Гатиба Махмудова (Азербайджан), Кямаля Алекперова (Азербайджан). Muhsin Nağısoylu. Şirazi ve Onun Gülşen-i Raz Çevirisi Эльчин Ибрагимов (Азербайджан). Necati Demir. Oğuzname (İngiltere Nüshaları) İnceleme-Metin-Sözlük-Tıpkıbasım НАУЧНАЯ ЖИЗНЬ Хроника ПЕРСОНАЛИИ Ахмед Джавад Смет Кенесбаев Роза Эйвазова Джамаль Камаль

9 T Ü R K O L O G İ Y A C O N T E N T S CLASSICAL HERITAGE Heydar Aliyev (Azerbaijan). The Speech of the President of the Republic of Azerbaijan Heydar Aliyev in the Third Congress of the Turkic World Writers HEYDAR ALIYEV 94 Kamal Abdullayev (Azerbaijan). Azerbaijan s National Leader as the Founder of the Policy of Multiculturalism Isa Habibbeyli (Azerbaijan). Great Literary Policy and Modernity Mohsun Naghisoylu (Azerbaijan). Heydar Aliyev and the Azerbaijani Language Mukhtar Imanov (Azerbaijan). Heydar Aliyev and the Epic The Book of Dada Gorgud Artagin Salamzade (Azerbaijan). Heydar Aliyev and the Art Culture of Azerbaijan LINGUISTICS Aytan Bayramova (Azerbaijan). Specific Features in Expressing the Number Category in Languages with Different Systems LITERATURE AND FOLKLORE Fikret Turkmen (Turkey), Janagul Samedova (Kazakhstan). Postmodernism in Contemporary Kazakh Prose Orhan Aras (Germany). Assad Bey and Georgia CULTURE AND ART Nilufer Erkan (Turkey). The Image of the Mother Goddess in Tomur Atagok s Work WRITTEN MONUMENTS Igor Kormushin (Russia). Yenisey Writing in Versions of the Old Turkic Runic Alphabet: Chronological Aspects Ferah Turker (Turkey). On the Turks Concept of the Universe and its Influence on the Epic Dada Gorgud CENTRES OF TURKOLOGY Firuz Fevzi (Afghanistan), Hassan Jankurt (Turkey). Turkology in Afghanistan

10 C O N T E N T S REVIEWS Gatiba Mahmudova (Azerbaijan), Kamala Alekberova (Azerbaijan). Muhsin Nağısoylu. Şirazi ve Onun Gülşen-i Raz Çevirisi Elchin Ibrahimov (Azerbaijan). Necati Demir. Oğuzname (İngiltere Nüshaları) İnceleme- Metin-Sözlük-Tıpkıbasım SCIENTIFIC LIFE Chronicle. PERSONAL NEWS Ahmed Javad Smet Kenesbayev Roza Eyvazova Jamal Kamal

11 T Ü R K O L O G İ Y A KLASSİK İRS НАСЛЕДИЕ HERITAGE Heydər Əliyev ( ) Azərbaycanın dünya şöhrətli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti ( ) cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına başçılıq etdiyi ( ) müddət ərzində bir çox sahələrdə, xüsusilə elm və təhsil sahəsində ciddi islahatlar həyata keçirildi. Türkologiya jurnalı oxucularına Ulu öndər Heydər Əliyevin anadan olmasının cü ildönümü münasibəti ilə Türk Dünyası Yazıçılarının III Qurultayında söylədiyi nitqi təqdim edir. HEYDƏR ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRK DÜNYASI YAZIÇILARININ III QURULTAYINDA NİTQİ * Hörmətli xanımlar və cənablar, əziz dostlar! Sizi, türk dünyası yazıçılarının III qurultayını, Azərbaycan xalqı, vətəndaşları adından, Azərbaycan dövləti adından səmimi qəlbdən salamlayır, bu şərəfli işinizdə uğurlar arzulayıram Türk dünyasının, türkdilli xalqların, ölkələrin yazıçılarının III qurultayının Azərbaycanda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə hesab edirəm və bunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və ehtiramın təzahürü kimi qiymətləndirirəm. * Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin iclas salonu, 6 noyabr cı il

12 12 HEYDƏR ƏLİYEV Türk dünyası yazıçılarının qurultayı üçüncü dəfədir ki, toplaşır. Bu qurultay ilk dəfə ci ildə Türkiyədə-Ankarada öz əsasını qoymuş və Allaha şükürlər olsun ki, artıq ənənəyə çevrilmişdir. Heç şübhə etmirəm ki, bu, daim davam edəcəkdir ci ildə Türkiyədə-Ankarada, Türkiyə Cümhuriyyətinin, onun mərhum prezidenti Turqut Özalın təşəbbüsü ilə başlanan bu qurultay türkdilli xalqların, türk dünyasının qədim, böyük tarixini yenidən canlandırmaq üçün çox gözəl və dəyərli təşəbbüs olmuşdur. Sonra bu qurultay ikinci dəfə Türkiyədə-Ankarada keçirilərkən bizim əziz dostumuz, qardaşımız, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəlin təşəbbüsü və iştirakı ilə bu qurultaya güc verilmiş və bu ənənənin köklənməsini göstərmişdir. Bu dəyərli təşəbbüs bu gün davam edir. Əmin olduğumu bildirmək istəyirəm ki, türk dünyasının yazıçıları və bizim ölkələrimiz, xalqlarımız bu işi davam etdirəcəklər, türkdilli xalqların, ölkələrin yazıçıları gündən-günə bir-birinə yaxınlaşacaq, bir-birinə kömək edəcək, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bugününü daha geniş təhlil edib, yeni-yeni dəyərli əsərlər yaradacaqlar. Türkdilli xalqlar qədim, çoxəsrlik tarixi boyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Qədim tarix boyu türkdilli xalqların həyatı cürbəcür, bəzən xalqların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə rastlaşmışdır. Ancaq xalqlarımızın dərin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdən, imtahanlardan, sınaqlardan çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, millimənəvi ənənələrimizlə, böyük tarixmizlə fəxr edə bilərik. Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır. Xalqlarımız tarix boyu insan həyatının bütün sahələrində, bəşəriyyətin bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və böyük bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmış. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə yaşadanlar, zənginləşdirənlər, inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız olmuşdur. Biz, adətən, böyük tariximiz haqqında, xalqlarımızın böyük mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edir, bunları nümunə gətirir və təbliğ edərək, eyni zamanda öz tariximizi, mədəniyyətimizi təbliğ edirik. Qədim dövrlərdə Dədə Qorqud, Manas, Alpamış, Koroğlu dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız - Nizami, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-

13 AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRK DÜNYASI YAZIÇILARININ mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hislərini daim gücləndirmişdir. Bunlar bizim keçmiş, uzaq tariximizdir. Amma eyni zamanda xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi öldürə, məhv edə, yox edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur. XX əsr dünya tarixində çox mürəkkəb, ziddiyyətli, gərgin proseslər dövrü olmuşdur. Bizim əksəriyyətimiz, demək olar, hamımız bu əsrdə doğulmuşuq və artıq bu əsri başa çatdırırıq. Xalqlarımızın - türkdilli xalqların, ölkələrin mədəniyyəti, ədəbiyyatı XX əsrdə ziddiyyətli, eyni zamanda çox şərəfli və müvəffəqiyyətli yol keçmişdir. Bir tərəfdən, bizim mənəviyyatımızı, mədəniyyətimizi, ədəbiyyatımızı bir-birindən ayırmaq, parçalamaq, milliliyin qarşısını almaq cəhdləri çox güclü olmuş, ikinci tərəfdən də yaranmış, ictimai-siyasi vəziyyət və xalqlarımızın cürbəcür imkanlardan istifadə edib dünya mədəniyyəti ilə daha sıx əlaqələr qurması nəticəsində ədəbiyyatımız, mədəniyyətimiz çox inkişaf etmişdir. Bu baxımdan Şərq mədəniyyətinin, Şərq ədəbiyyatının nə qədər zəngin olduğunu bu gün bir daha qeyd edərək, eyni zamanda XIX-XX əsrlərdə xalqlarımızın mədəniyyətinin, ədəbiyyatının Avropa mədəniyyəti, Rusiya mədəniyyəti ilə yaranmış əlaqələrdən istifadə edib çox böyük nailiyyətlər qazanmasını xüsusi qeyd etmək lazımdır. Bu, yeni bir şey deyil, təseafoodplus.infoçmişdə də böyük, dahi şairlərimiz, yazıçılarımız, tarixçilərimiz qədim yunan, Roma ədəbiyyatından, qədim Avropa ədəbiyyatından istifadə etmişlər. Eyni zamanda Qərb də həmişə Şərqin və xüsusən türkdilli xalqların, müsəlman Şərqinin yaratdığı böyük, tarixi əsərlərdən istifadə etmişdir. Şərq və Qərb mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin sintezi həm Qərbə, həm də Şərqə çox böyük müsbət nəticələr gətirmişdir. Bu proses XIX-XX əsrlərdə bizim xalqlarımız üçün çox müvəffəqiyyətli olmuşdur və onların ədəbiyyatının, mədəniyyətinin inkişafına çox güclü, müsbət təsir göstərmişdir. Beləliklə, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafının qarşısını almaq cəhdləri nə qədər çox olmuşdursa da, milli ədəbiyyatımızda, mənəviyyatımızda, mədəniyyətimizdə olan bir o qədər, bəlkə də ondan da çox olan güclər özünə cürbəcür yollar açmış və ümumbəşəri dəyərlərdən istifadə edərək daha da yüksək səviyyələrə çatmışdır. Bunu bizim türkdilli xalqların, türk dünyasına mənsub olan ölkələrin XX əsr ədəbiyyatında, mədəniyyətində yaranmış əsərlərdə çox açıq-aydın görmək olar. Bizim hamımız bu əsərlərlə fəxr edirik. Bu proseslər, xüsusən Sovetlər İttifaqına mənsub olmuş türkdilli respublikaların həyatında baş vermişdir. Özbəkistanda da, Qazaxıstanda da, Türkmənistanda da, Qırğızıstanda da, Tatarıstanda da, Başqırdıstanda da, Azərbaycanda da və başqalarında seafoodplus.info illərdə bizim çox itkilərimiz olmuşdur. Böyük, dahi şəxsiyyətlərimiz repressiya qurbanları olmuş, onların əsərləri uzun illər qadağan edilmişdir. Ancaq bununla yanaşı-mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə vurulan

14 14 HEYDƏR ƏLİYEV bu zərbələrlə yanaşı, bu illərdə milli mədəniyyətimiz inkişaf etmiş, çox yüksək zirvələr fəth etmişdir. Bunların hamısının əldə olunmasında, bu nailiyyətlərimizdə yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünaslarımızın xüsusi xidmətləri var. XX əsrdə mədəniyyətimizi inkişaf etdirmək üçün cürbəcür qurultaylarda iştirak etmişik, cürbəcür formalarda əlaqələr yaratmışıq. Bunların əksəriyyəti səmərəli olubdur, bunların müsbət nəticələrini inkar etmək düzgün olmazdı. Çəkdiyimiz zərərləri, bizə vurulan zərbələri əldə etdiyimiz nailiyyətlərlə müqayisə edəndə hər iki sahəyə ədalətli qiymət verməliyik. Ancaq indi- XX əsrin sonunda bizim xalqlarımız, ölkələrimiz üçün yeni, gözəl fürsət, yeni bir şərait yaranmışdır. O da ondan ibarətdir ki, dünyada gedən ictimai-siyasi proseslər, baş vermiş dəyişikliklər, Sovetlər İttifaqının dağılması türkdilli, türk dünyasına mənsub olan xalqların tam azad olmasına, müstəqillik əldə etməsinə və müstəqil dövlət qurmasına imkanlar yaratmış və bu, qısa bir müddətdə öz gözəl nəticələrini vermişdir. Keçmiş Sovetlər İttifaqına mənsub olan respublikalar, o cümlədən türkdilli ölkələr beş ildir ki, öz dövlət müstəqilliyini əldə ediblər. Tarix nöqteyi-nəzərindən beş il çox az bir zamandır. Ancaq bu beş il içərisində xalqlarımızın həyatında çox böyük müsbət dəyişikliklər baş vermişdir. Doğrudur, xalqlarımız keçid dövrünü yaşayır, keçid dövrünün özünün sosial-iqtisadi çətinlikləri var. Yenidən dövlətlər qurulur, demokratik proseslər bərqərar olur. Bununla yanaşı, bəzi münaqişələr və başqa hadisələr də bizim ölkələrin həyatının sürətlə inkişaf etməsinə maneçilik törədir. Ancaq bunların hamısına baxmayaraq, xalqlarımızın əldə etdiyi nailiyyət ən yüksək qiymətə malikdir. Milli azadlıq, dövlət müstəqilliyi bizim xalqlarımız üçün hər bir şeydən üstündür və bunun naminə bütün əzab-əziyyətlərə dözmüşük, bu gün də dözürük, gələcəkdə də dözəcəyik. Ona görə ki, biz əbədi olaraq azad, sərbəst, müstəqil yaşamaq istəyirik. Milli azadlığın, sərbəstliyin, müstəqilliyin xalqlarımıza bəxş etdiyi töhfələr göz qabağındadır. Ancaq biz bunun böyük gələcəyini də görürük. Bunlardan da biri ondan ibarətdir ki, biz sərbəst, müstəqil olaraq, heç bir kəsdən, heç bir dövlətdən asılı olmayaraq, öz istədiyimiz kimi əlaqələrimizi qururuq və əməkdaşlıq edirik, milli ənənələrimizi, milli dəyərlərimizi, mədəniyyətimizi birlikdə inkişaf etdirməyə çalışırıq. Türk dünyası yazıçılarının III qurultayı da və ümumiyyətlə, belə bir qurultayın yaranması, ənənəyə çevrilməsi də əldə etdiyimiz azadldığın, müstəqilliyin bəhrələridir. Türkdilli ölkələr bu illərdə keçmiş, hamımıza mənsub olan mədəniyyətimizi, ədəbiyyatımızı yenidən təhlil etmək üçün, bu mənəvi dəyərlərimizin qiymətini birlikdə anlamaq üçün çox iş görübdür. Türkdilli ölkələrin dövlət başçılarının görüşü bu baxımdan çox mühüm seafoodplus.info görüşün də əsası, ci ildə Türkiyə Cümhuriyyətində türkdilli dövlət başçılarının təşəbbüsü ilə qoyulubdur. Bu il oktyabrın də biz Daşkənddə türkdilli ölkələrin dövlət başçılarının dördüncü görüşünü keçirdik. Onu bildirmək istəyirəm ki, görüşdən-görüşə bu qurumun, yəni türkdilli dövlətlərin başçılarının, bu təşkilatın bu gün və gələcək üçün nə qədər əhəmiyyətli olduğunu biz dərk edirik.

15 AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRK DÜNYASI YAZIÇILARININ Keçən görüşlərlə Daşkənd görüşünü müqayisə edərkən tam aydın görünür ki, bizim dövlətlərimiz, ölkələrimiz, dövlət orqanlarımız belə görüşlərin hər bir ölkə, xalq üçün son dərəcə əhəmiyyətli və səmərəli olduğunu dərk edib və mən tam əminəm ki, gələcək görüşlər daha da səmərəli olacaq və bu təşkilat daim yaşayacaqdır. Bizim bu təşkilatın, görüşlərin əsas mənası-məqsədi aydındır. Biz birinci növbədə ölkələrimiz arasında olan iqtisadi əməkdaşlığı genişləndirməyə çalışırıq. Bir dilə, bir kökə mənsub olmağımız, ölkələrimizin bir ərazidə, bir-birinə qonşu olan ərazidə yerləşməsi və coğrafi cəhətdən bir-birimizə çox yaxın olmağımız, şübhəsiz ki, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün əsas yaradır. Hər bir iqtisadiyyat eyni zamanda milli mentalitetlə, milli-mənəvi dəyərlərlə də əlaqədardır. Bu baxımdan ölkələrimizin bir-biri ilə iqtisadi əməkdaşlıq etməsi üçün daha çox imkanlar var. Amma eyni zamanda xalqlarımızın böyük tarixini yenidən təhlil etmək, yenidən qiymətləndirmək, ona düzgün, ədalətli qiymət vermək və hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, ədəbiyyat, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran prinsiplərdir, vəzifələrdir. Bu sahədə yenə də mədəniyyətin, ədəbiyyatın, yazıçıların rolu böyükdür. Təsəvvür edin, biz, türkdilli dövlətlər birlikdə "Manas"ın illiyini qeyd etdik, böyük qazax şairi, filosofu Abayın illiyini qeyd etdik. Özbəkistanın böyük dövlət xadimi, bütün türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun illiyini qeyd etdik. Bugünlərdə biz böyük Azərbaycan şairi, eyni zamanda bütün türk dünyasına mənsub olan Məhəmməd Füzulinin illiyini bir yerdə qeyd edəcəyik. Bizim tarixi köklərimiz xalqlarımızın öz iradəsi ilə bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və qeyd etdim, - mənəvi dəyərlərimizin inkişafı tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə, keçilməz yollarla rastlaşıbsa da, dayanmayıb, inkişaf edib, qalxıbdır. Amma indi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə biləseafoodplus.info, bizim vəzifəmizdir, borcumuzdur. Bir də qeyd etmək istəyirəm ki, bu sahədə yazıçıların böyük xidməti, böyük rolu var və onların üzərinə bundan sonra da böyük vəzifələr düşür. Bizim xalqlarımız uzun illər cürbəcür dövlətlərin tərkibində olduqlarına görə bir çox hallarda dillərindən və milli dəyərlərindən lazımi qədər istifadə etməkdən məhrum olublar, yaxud da ki onların bu imkanları məhdudlaşdırılıbdır. Ancaq bizim dilimizi, mədəniyyətimizi, milli dəyərlərimizi yaşadanlar həmişə, bütün mərhələlərdə yazıçılar olublar. Ona görə də bu gün türk dünyası yazıçılarının III qurultayında mən bütün xalqlarımızın bütün dövrlərdə yaşayıb-yaratmış yazıçılarına və bu gün həyatımızda yaşayıb-yaradan yazıçılara təşəkkürümü, minnətdarlığımı bildirirəm. Siz, şübhəsiz ki, burada öz yazıçılıq işlərinizin gələcəkdə qurulması ilə əlaqədar lazımi tədbirlər görəcək, lazımi qərarlar qəbul edəcəksiniz. Ancaq mənim

16 16 HEYDƏR ƏLİYEV tövsiyəm ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün, bir-birini bilavasitə daha da anlaması üçün, dillərimizin inkişaf etməsi üçün və bir kökdən olan dillərimizin bir-birinə daha da yaxınlaşması üçün yazıçılar öz xidmətlərini göstərsinlər. Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər. Şübhəsiz ki, bizim xalqlarımızın dilləri bir kökdən olaraq, hərəsi öz tarixi yolu ilə gedərək böyük inkişaf dövrü keçmişseafoodplus.info mən Azərbaycan dili haqqında danışarkən deyə bilərəm ki, bizim Azərbaycan dilimiz XX əsrdə çox inkişaf etmiş, çox zənginləşmişdir.mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin, ədəbiyyatşünaslarının xidmətlərini xüsusi qeyd edirəm. Çünki hər bir respublikada proseslər cürbəcür gedibdir. Bizim respublikamızda - Azərbaycanda təxminən cu, cı, ci illərdə, hətta cı illərə qədər Azərbaycan dili hakim bir dil deyildi. Ona görə də Azərbaycan dilinin inkişaf etməsi, zənginləşməsi üçün dövlət tərəfindən lazımi işlər görülmürdü. Ancaq bunların hamısına baxmayaraq, bizim yazıçılarımız, şairlərimiz, ədəbiyyatşünaslarımız, dilçi alimlərimiz öz işlərini görüblər və məlumdur ki, ci illərdə onlar Azərbaycan Respublikasının dövlət dəstəyini də alıblar və bütün bunların nəticəsində biz indi, dövlət müstəqilliyimizi əldə edən zaman, müstəqil dövlət kimi Dünya Birliyinə daxil olduğumuz zaman zəngin Azərbaycan dövlət dili ilə fəxr edə bilərik. Son illər bizim ölkələrimizdə gedən cürbəcür proseslər mədəni, elmi, ədəbi əlaqələrimizi müəyyən qədər zəifləseafoodplus.info görə də indi xalqlarımızın böyük simalarının yubileylərinin keçirilməsi ilə əlaqədar, türk dünyası yazıçılarının bu qurultaylarının keçirilməsi, TÜRKSOY təşkilatının fəaliyyəti ilə əlaqədar biz keçən illərdə müəyyən sahələrdə yaranmış boşluğu aradan götürməseafoodplus.info çalışmalıyıq ki, ölkələrimiz, xalqlarımız arasında olan əlaqələr bundan sonra bütün sahələrdə sürətlə inkişaf etsin.dövlət nöqteyi-nəzərindən, dövlət tərəfindən biz bunu edirik və türkdilli dövlətlərin başçılarının görüşləri buna çox böyük imkan verir. Dövlət başçılarının ikitərəfli görüşləri də buna çox böyük imkanlar verir, dövlətlərimiz, ölkələrimiz arasında imzalanmış sazişlər və surətlə inkişaf edən iqtisadi əlaqələr bunların hamısına imkan yaradır. Alimlərimiz, mədəniyyət xadimlərimiz, yazıçılarımız bütün bu imkanlardan səmərəli istifadə etməli və bizim mədəni, ədəbi əlaqələrimizi daha da gücləndirməlidirlər. Əmin ola bilərsiniz ki, Azərbaycan hökuməti bu sahədə əlindən gələni əsirgəməyəcəkdir. Biz bu günlər böyük şair Məhəmməd Füzulinin illik yubileyini qeyd edəcəyik və bu münasibətlə də burada keçirilən görüşlər hesab edirəm ki, mədəni və ədəbi əlaqələrimizin inkişaf etməsi üçün yeni bir imkandır. Bu gün, türk dünyası yazıçılarının III qurultayı işə başladığı zaman bu qurultayın yaranması və inkişaf

17 AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRK DÜNYASI YAZIÇILARININ etməsi üçün Türkiyə Cümhuriyyətinin və onun dövlət orqanlarının xidmətlərini bir daha xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, dövlət müstəqilliyi əldə edəndən sonra türkdilli dövlətlərin bir-biri ilə əlaqələrinin sürətlə inkişaf etdirilməsi, mədəni əlaqələrin yaranması üçün və bunlarla əlaqədar cürbəcür tədbirlərin keçirilməsi üçün Türkiyə Cümhuriyyətinin və xüsusən onun prezidenti, bizim böyük dostumuz hörmətli Süleyman Dəmirəlin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bu gün burada, türk dünyası yazıçılarının III qurultayında çıxış edən dəyərli qonaqlarımız çox qiymətli sözlər dedilər. Mən hesab edirəm ki, bunlar hamısı Azərbaycanın ictimai-siyasi həyatı, Azərbaycanın ictimaiyyəti üçün çox əhəmiyyətlidir. Əmin olduğumu bildirmək istəyirəm ki, bugünlər keçirilən cürbəcür görüşlər bizim əlaqələrimizi daha da inkişaf etdirəcəkdir. Yazıçılıq sənətinə, ədəbiyyata, mədəniyyətə bir daha öz hörmət və ehtiramımı bildirir, türk dünyası yazıçılarının III qurultayının işində sizə uğurlar arzulayıram. Sağ olun. Heydər Əliyev: Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı , səh

18 T Ü R K O L O G İ Y A HEYDƏR ƏLİYEV 94 ГЕЙДАР АЛИЕВ 94 HEYDAR ALIYEV 94 KAMAL ABDULLAYEV (Azərbaycan) ULU ÖNDƏR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİDİR Xülasə Azərbaycan müstəqilliyinin ilk dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəflər müəyyən etdi. Bu hədəflərindən biri olaraq, əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyi artıq danılmaz həqiqətdir. Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə dövlət tərəfindən geniş şərait yaradılıb. Azərbaycanda bütün dinlərin nümayəndələri yanaşı ibadət edir, birgə yaşamın ən gözəl nümunəsini sərgiləyirlər. Azərbaycan multikulturalizminin siyasi banisi olan Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Məhz buna görə, inamla deyirik ki, Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. O deyirdi: Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir. Ümummilli lider Heydər Əliyev bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədiləşməsinə yönəltdi. Ulu Öndərin təşəbbüsü və göstərişi ilə Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Konstitusiyasında əks olundu. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Bu siyasəti uğurla davam və inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bildirib: Qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə, inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid, sadəcə, məhvə məhkumdur. XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələri obyektiv və subyektiv səbəblərdən cəmiyyətdəki etnik müxtəlifliklərin tənzimlənməsində çox ciddi problemlərlə üzləşdi. Buna cavab olaraq, Almaniya, Fransa, Böyük Britaniya kimi bir sıra Qərb ölkələrinin rəhbərləri multikulturalizm siyasətinin müasir dövrdə iflasa uğradığını rəsmi şəkildə bəyan etdilər. Müasir dünyada multikulturalizm siyasətinə ikili baxış, iki qütb formalaşmağa başladı. Bu Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, [email protected]

19 ULU ÖNDƏR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİDİR 19 qütblərdən birini bədbin, digərini isə nikbin adlandıra bilərik. Bədbin qütbü Böyük Britaniyanın keçmiş Baş Naziri Devid Kemeron formalaşdırdı və ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bunu əsaslandırmağa çalışdı. Nikbin qütbü isə Azərbaycan Prezidenti İlham Əliyev formalaşdırmaqdadır. Prezident İlham Əliyev seafoodplus.infonun bədbin fikrinə qarşı optimist baxış və siyasi iradə ortaya qoydu. Açar sözlər: multikulturalizm, milli azlıqlar, Ümummilli lider, tolerantlıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Heydər Əliyev Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir. Kitabi-Dədə Qorqud dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı. Hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu. Cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklər üç əsas siyasət modeli vasitəsilə tənzimlənir: assimilyasiya, izolyasiya (təcridolma) və multikulturalizm. * Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titular etnosun (əhalinin çoxluğunu təşkil edən etnos Red.) mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların mədəni-etnik dəyərlərinin titular * Multikulturalizm məsələləri üzrə tanınmış avstraliyalı politoloq Çandran Kukatas Multikulturalizmin nəzəri əsasları adlı məqaləsində mədəni müxtəlifliyə münasibətdə cəmiyyətin 5 reaksiya növüni sadalayır: izolyasiya (təcridolma), assimilyasiya, zəif multikulturalizm, sərt multikulturalizm və aparteid.(5).

20 20 KAMAL ABDULLAYEV etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. Tarixi hadisələrin gedişatı hər iki siyasət modelinin səmərəsizliyini göstərdi. Belə ki, müasir ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, mədəniyyətlərin qovuşduğu qloballaşma şəraitində izolyasiya siyasətinin də yanlış olduğu müəyyənləşdi. Beləliklə, etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin ci illərində əvvəlcə ABŞ və Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin mühüm səbəblərindən biri oldu. Multikulturalizm müəyyən prinsiplərlə birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına yönələn bir siyasətdir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş bir siyasət olan assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların mədəni-etnik dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumaqla yanaşı, izolyasiya (təcridolma) siyasətindən fərqli olaraq, milli azlıqların mədəni-etnik dəyərləri ilə titular etnosun mədəni-etnik dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi, əlverişli şərait yaradır və milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiya olmalarının yollarını göstərir. Başqa sözlə desək, multikulturalizm nə milli azlıqların mədəni-etnik dəyərlərini assimilyasiyaya uğradır, nə də ki onların mədəni-etnik dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titular etnos ilə milli azlıqların mədəni-etnik dəyərlərinin inkişafı üçün eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır. Ulu öndər Heydər Əliyev ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın tarixinin bütün mərhələlərində onun ərazisində məskunlaşmış milli azlıqlar etnik, dini, irqi mənsubiyyətlərinə, mədəni-etnik dəyərlərinə görə əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən təqib olunmamış və diskriminasiyaya məruz qalmamışdılar. Bu ənənəyə sadiq olan Azərbaycan dövləti onun ərazisində məskunlaşmış milli azlıqların dinc yaşamaları, onların etnikmədəni dəyərlərinin qorunması üçün zəruri siyasi və sosial şərait yaratmışdır. Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq [1,34] deyən Ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitu-siyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı Bərabərlik hüququ (maddə 25, bənd 3), Milli mənsubiyyət hüququ (maddə 44, bəndlər 1, 2), Ana

21 ULU ÖNDƏR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİDİR 21 dilindən istifadə hüququ (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür [2]. Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası onun qeyd etdiyi kimi, dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmalarını təmin etməli idi. Təbii olaraq, Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də, Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da bütünlükdə hamısı azərbaycanlıdır. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik! Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr cu il tarixli Qanunla Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair UNESKO Konvensiyasına qoşulmasını göstərmək olar. Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilmiş bu Forumun ci ildə baş verən açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev multikulturalizmi alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir

22 22 KAMAL ABDULLAYEV dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir [3,]. Belə bir siyasi kontekstdə Prezident İlham Əliyevin 28 fevral cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti yaradıldı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır. Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may cü il tarixində imzaladığı fərman oldu. Bu Mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir [4]. Dünyanın multikulturalizm sahəsində aparıcı mütəxəssislərinin, görkəmli ictimai və siyasi xadimlərinin Bakıda Beynəlxalq səviyyədə belə bir Mərkəzin açılmasını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azərbaycanın bu gün dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir. Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi, Qloballaşma şəraitində mədəniyyətlərin rolu, Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama, Azərbaycan tolerantlıq məkanı layihələrini xüsusi qeyd etmək olar. Tərəqqipərvər dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan tədbirlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olunmuş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayır. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz

23 ULU ÖNDƏR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİDİR 23 zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmaqdadır. Məlum olduğu kimi, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər. İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın baş naziri Devid Kemeron 5 fevral ci il tarixində Münhendə təhlükəsizlik üzrə keçirilən konfransda çıxışında Böyük Britaniyada məskunlaşmış əcnəbilərin yaşadıqları cəmiyyətə inteqrasiya etmək istəməmələri ilə izah etmişdir. Bəlkə də və çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də, ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin özlərinə bəraət qazandırmaq cəhdidir. Və bunun fonunda təzahür edən, inkişafda olan multukulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarmışdır ki, bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilmişdir. Azərbaycan multikulturalizminin siyasi banisinin arzularından biri də elə bu idi. ƏDƏBİYYAT 1. Heydər Əliyev, Müstəqillik yolu, Seçilmiş fikirlər. Bakı, , 2. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, , 3. Bakı Beynəlxalq Forumunun Materialları, oktyabr ci il, Bakı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 15 may, cü il, 5. Chandran Kukathas, Theoretical Foundations of Multiculturalism Камал Абдуллаев Великий лидер Азербайджана - политический основоположник азербайджанского мультикультурализма Резюме В первые годы азербайджанской независимости великий лидер Гейдар Алиев определил чёткие идеологические цели для будущего успешного развития страны. Одна из намеченных и осуществлённых им целей состояла в развитии сформирован-

24 24 KAMAL ABDULLAYEV ной на протяжении веков традиции мультикультурализма и выведении её на качественно новый уровень. Мультикультурализм стал образом жизни в Азербайджане, и это неоспоримая истина. В настоящее время государством предоставлены широчайшие возможности для сохранения и развития литературы, культуры, языка и истории национальных меньшинств в Азербайджане. Представители всех религиозных конфессий молятся бок о бок, демонстрируя прекрасный пример совместного жития в Азербайджане. Общенациональный лидер Гейдар Алиев, являющийся политическим основоположником азербайджанского мультикультурализма, считал политику мультикультурализма составной частью демократического развития страны. Именно поэтому мы с уверенностью говорим, что Гейдар Алиев политический основоположник азербайджанского мультикультурализма. Он говорил: «Многонациональный состав населения Азербайджана наше богатство». Вся последующая политическая деятельность общенационального лидера Гейдара Алиева была направлена на увековечение этого богатства. По инициативе и указанию великого лидера защита азербайджанских мультикультуральных традиций государством была отражена в правовых документах, в том числе в Конституции Азербайджана. Принцип толерантности, лежащий в основе политики мультикультурализма, ясно закреплён в ряде статей Конституции Азербайджана. Президент Азербайджана Ильхам Алиев, успешно продолжая и развивая эту политику, в своих выступлениях неоднократно заявлял: «В эпоху глобализации, активизации обмена информацией и, в целом, процессов интеграции самоизоляция обречена на провал». В начале XXI века ряд западных стран в силу объективных и субъективных причин столкнулся с очень серьёзными трудностями в урегулировании проблем этнически многообразного общества. В ответ на это руководители ряда западных стран, таких, как Германия, Франция и Великобритания, официально заявили о провале политики мультикультурализма в нынешнее время. В современном мире стали формироваться два полярных взгляда на политику мультикультурализма. Один из полюсов можно назвать пессимистичным, другой оптимистичным. Пессимистичный полюс сформировал бывший премьер-министр Великобритании Девид Кемерон и в году, в своем выступлении на Мюнхенской конференции по безопасности, попытался это обосновать. Оптимистичный же полюс формирует Президент Азербайджана Ильхам Алиев. Пессимистичным доводам Кемерона Президент Ильхам Алиев противопоставил оптимистичный взгляд и политическую волю. Ключевые слова: мультикультурализм, национальные меньшинства, общенациональный лидер, толерантность.

25 ULU ÖNDƏR AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİDİR 25 Kamal Abdullayev Azerbaijan s National Leader as the Founder of the Policy of Multiculturalism Abstract During the first period of independence of Azerbaijan, National Leader Heydar Aliyev set clear ideological goals for the future successful development of Azerbaijan. One of the goals was to develop the Azerbaijani tradition of multiculturalism, which had taken shape down the centuries, and to bring it to a qualitatively new level. It is an undeniable truth that multiculturalism has become a way of life in Azerbaijan. Extensive opportunities have been created to maintain and develop the literature, culture, language and history of the ethnic minorities in Azerbaijan. Members of all religions pray side by side in Azerbaijan, giving an excellent example of co-existence. The political founder of Azerbaijani multiculturalism National Leader Heydar Aliyev considered the policy of multiculturalism to be an integral part of the democratic development of the country. That is why we say confidently that Heydar Aliyev is the founder of the policy of multiculturalism in Azerbaijan. He said: The multi-ethnic makeup of the population of Azerbaijan is our wealth. National Leader Heydar Aliyev directed all his later political work to perpetuating this wealth. On the initiative and instructions of the National Leader, legal documents were adopted to protect multicultural traditions, and this was also reflected in the Azerbaijani Constitution. The principle of tolerance that lies at the heart of multiculturalism policy is clearly set out in a series of articles of the Azerbaijani Constitution. The President of the Republic of Azerbaijan, Ilham Aliyev, who is successfully continuing and developing this policy, has said many times in his speeches that isolation in the period of globalization, information exchange and active integration overall is doomed to fail. At the beginning of the 21 st century, for objective and subjective reasons a number of Western countries faced serious difficulties in regulating the problems of an ethnically diverse society. In response, the leaders of Germany, France, Great Britain and many other Western countries officially declared the failure of the policy of multiculturalism in our time. Two poles, two views of the policy of multiculturalism began to emerge in the modern world. We can call one of these poles pessimistic, and the other optimistic. The pessimistic pole was shaped by the former prime minister of Great Britain, David Cameron, who tried to explain it in his speech to the Munich Security Conference in But the optimistic pole is being shaped by the President of the Republic of Azerbaijan, Ilham Aliyev. He put forward an optimistic view and political will to counter David Cameron s pessimistic conclusions. Key words: multiculturalism, ethnic minorities, National Leader, tolerance.

26 T Ü R K O L O G İ Y A İSA HƏBİBBƏYLİ (Azərbaycan) BÖYÜK ƏDƏBİYYAT SİYASƏTİ VƏ MÜASİRLİK Xülasə Məqalədə geniş və sistemli ədəbiyyat biliklərinə malik olan nadir dövlət xadimlərindən biri Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişaf yolu haqqında fikirləri və görkəmli ədəbi şəxsiyyətlərə verdiyi qiymət təqdim və təhlil olunur. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin, ümumiyyətlə, ədəbiyyatın inkişafına və ya ayrı-ayrı yazıçı və şairlərə göstərdiyi qayğıya dair məlumatlar da oxuculara çatdırılır. Açar sözlər: Heydər Əliyev, Azərbaycan ədəbiyyatı, ədəbi şəxsiyyətlər, Ulu öndər, yazıçı, şair. Tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş miqyasları əhatə etmişdir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindəndir. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Müasirləri onun Vaqif pyesində, Qaralar ölkəsində adlı dram əsərlərində əsas rolları ifa etdiyini xatırlayırlar. Hətta Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər də görkəmli dövlət xadiminin Naxçıvan şəhərindəki muzeyində qorunub saxlanmaqdadır. Bütün bunlarla bərabər, bu tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də nəzərə çarpdırmışdır. O, ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan yazıçılarının onuncu qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum O illərdə, o uşaqlıq və gənclik illərində Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik. [email protected]

27 BÖYÜK ƏDƏBİYYAT SİYASƏTİ VƏ MÜASİRLİK 27 onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, oxumuşam, unutmamışam sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam. Əlbəttə, görkəmli dövlət xadimi Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur. Bu məqamda dövlət xadimliyi çərçivəsində onun şəxsi ədəbi zövqü və maraqları da ifadə olunur. Böyük siyasi xadim dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin Ölülər tragikomediyasına, şairlərdən xalq şairi Səməd Vurğunun Azərbaycan ına, poema baxımından Məhəmmədhüseyn Şəhriyarın Heydərbabaya salam poemasına, milli mətbuat sarıdan Molla Nəsrəddin jurnalına, opera üzrə Üzeyir Hacıbəyovun Koroğlu suna, mənzum faciələrdən Hüseyn Cavidin İblis əsərinə xüsusi önəm verdiyini və ədəbi nümunələri xüsusilə fərqləndirdiyini nəzərə çarpdırmışdır. Hətta belə məqamlarda da Heydər Əliyevin bədii ədəbiyyata münasibətdə şəxsi maraqları ilə dövlətçilik düşüncəsinin üst-üstə düşdüyü, birbirini tamamladığı aşkar müşahidə olunur. Bütövlükdə isə Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir. Yəni Heydər Əliyevin ədəbiyyat sevgisi Vətən və xalq sevgisinin əsas göstəricilərindən, zəruri amillərindən birini təşkil edir. Görkəmli dövlət xadimi hələ ci ildə Azərbaycan yazıçılarının beşinci qurultayındakı tarixi nitqində məsələnin bu cəhətini ön mövqeyə çəkərək demişdi: Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır. Ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Millilik, tarixilik və müasirlik Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edir. Bu prinsiplər qüdrətli dövlət xadiminin siyasi fəaliyyətinin də təməl şərtlərindəndir. Həmin prinsiplər Heydər Əliyevin dövlətçilik təlimində və ədəbiyyat siyasətində yanaşı mövcud olan amillər deyildir. Əksinə, qeyd olunan istiqamətlər Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətində, üzvi sintezində tam məna tapa bilir. Görkəmli dövlət xadimi dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək yollarındakı mübarizəsində ədəbiyyatda dərin iz salmış, köklü ənənələrə malik olan həmin amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla özünün ali məqsədinə nail olmağa çalışmışdır. Bu yüksək ali qayə isə hələ sovet rejimi çərçivəsində olsa belə, Azərbaycanda möhkəm milli əsaslara malik olan, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan ibarət olmuşdur. Müşahidələr və təhlillər göstərir ki, sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasəti özünün ilkin böyük bəhrələrini vermişdir. Belə ki, Azərbaycan yazıçılarının, xüsusən böyük demokrat Cəlil Məmmədquluzadənin, xalq şairləri Rəsul Rza,

28 28 İSA HƏBİBBƏYLİ Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, bir qədər sonra Sabir Rüstəmxanlı kimi sənətkarların ana dili uğrunda apardıqları milli mücadiləyə dövlət səviyyəsində müəyyən üsullarla meydan açılmış və bu, nəticə etibarilə xalq arasında və Mərkəzi hökumətdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması üçün ictimai rəyi hazırlamışdır. Cəmiyyətdə gedən həmin prosesləri zaman-zaman Mərkəzi hökumətin diqqətinə çatdırmaqla və məsələyə Siyasi Büro səviyyəsində aydınlıq gətirməyi bacarmaqla Heydər Əliyev Sovet hakimiyyəti illərində, ci ildə Azərbaycan dilinin dövlət dili kimi ölkənin Konstitusiyasına ayrıca maddə kimi daxil edilməsinə nail olmuşdu. Bununla yanaşı, milli mücadiləyə könül vermiş, ömür həsr etmiş yazıçılar isə deputat seçilmək, fəxri adlar və dövlət mükafatları almaqla həm rəğbətləndirilmiş, həm də müdafiə olunmuşlar. Əslində, bu yolla Heydər Əliyev həm də onların fəaliyyətinə dəstək verdiyini sezdirmiş, o yazıçıların toxunulmazlığına təminat vermişdir. Keçən əsrin ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimlərini: Muxtar Hüseynzadəni, Əlövsət Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu çoxcildlik Müasir Azərbaycan dili dərsliyinə görə respublikanın Dövlət mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Bununla Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti məsələsini ilk dəfə tam rəsmi olaraq dövlət siyasəti səviyyəsində həyata keçirməklə tamamlamışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra Heydər Əliyevin dilimizin adının müəyyənləşməsi uğrunda apardığı mübarizə dövlətimizin maraqlarına, respublikamızın reallıqlarına tamamilə uyğun idi. Bu sahədə də qəti fikrə, yekun qənaətə gəlmək üçün Heydər Əliyev Azərbaycan ziyalılarının, o cümlədən ədəbiyyat xadimlərinin dəstəyindən istifadə etməyi zəruri saymışdır. Onun 21 sentabr cü ildə Azərbaycan Milli Elmlər Akadeymiyasında ziyalılarla görüşü zamanı irəli sürdüyü Azərbaycan dili anlayışı geniş mənada cəmiyyətin marağına, ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların maraqlarına uyğundur. Azərbaycan dili ideyası Azərbaycanda yaşayan bütün etnik qrupları öz ətrafında birləşdirən bir faktor kimi Azərbaycan yazıçıları tərəfindən müdafiə olunmuşdur. Bundan başqa, millətin və ölkənin bütövlüyü düşüncəsinin cəmiyyətdə formalaşdırılmasında da Heydər Əliyev ədəbiyyat faktorundan məqsədyönlü şəkildə faydalanmışdır. XX əsrin yetmiş-səksəninci illərində Cənub mövzusunda yazılmış əsərlərə dövlət səviyyəsində bəslənilən loyal münasibətlərin kökündə Cənubi Azərbaycanla bağlı ictimai fikri formalaşdırmaq tendensiyası dayanırdı. Nəhayət, Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin 12 iyun ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində Cənub ədəbiyyatı ilə əlaqədar söylədiyi aşağıdakı fikirlər Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasına, dəmirdən də möhkəm olan prinsiplər əsasında formalaşdırılmış məhdudiyyətlərin aradan qaldırılmasına münasib şərait yaratmışdır: Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada

29 BÖYÜK ƏDƏBİYYAT SİYASƏTİ VƏ MÜASİRLİK 29 və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır. O zamana qədər nəinki yazıçılar və alimlər, heç bir siyasətçi keçmiş Sovetlər İttifaqı məkanında Cənubi Azərbaycan, yaxud Cənub ədəbiyyatı haqqında rəsmi yığıncaqlarda bir kəlmə belə danışa bilməmişdi. Bu təkcə Azərbaycanda yox, geniş mənada sovet dövlətində həmin mövzuda son altmış ildə açıq ifadə edilən ilk mühüm tezislər idi. Bu tezislərin işığında səksəninci illərdən etibarən elmi-ədəbi mühitdə Azərbaycan ədəbiyyatının bütövlüyü və Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində ilk addımlar atılmağa başlamışdır. İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarı Azərbaycanın dövlət səviyyəsində səslənən bu cür bəyanatlarından sonra geniş dairədə tanımağa başladılar. Xalq şairləri Süleyman Rüstəmin və Məmməd Rahimin Məhəmmədhüseyn Şəhriyarla şeirləşmələri, xalq şairləri Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin ustad şairlə telefon danışıqları ictimai-ədəbi mühitdə ildırım kimi çaxmışdır. Yaxud əslən cənublu olan, lakin taleyin hökmü ilə Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökümə Bülluri, Söhrab Tahir, Əli Tudə və başqaları kimi görkəmli söz ustlarının əsərləri ilə Cənubi Azərbaycanda əsaslı tanışlıq keçən əsrin səksəninci illərindən etibarən baş verdi. Eyni zamanda, bu dövrdən başlayaraq Cənub mövzusunda yeni əsərlər meydana qoyuldu. Azərbaycan Yazıçılar Birliyində və Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbələrinin təşkili və çoxcildlik Cənubi Azərbaycan ədəbiyyatı antologiyalarının hazırlanıb nəşr edilməsi, ədəbi ictimaiyyətə çatdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin atdığı qətiyyətli addımların, açdığı yeni üfüqlərin sayəsində mümkün olmuşdu. Bütün bunlara görə heç tərəddüd etmədən belə demək mümükündür ki, görkəmli dövlət xadimi Heydər Əliyev hələ sovet rejimi dövründə İran İslam Respublikası ilə, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoymuş, qarşılıqlı münasibətlərin möhkəm təməlini atmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə Prezidenti Heydər Əliyevin yeni tarixi epoxada apardığı məqsədyönlü siyasət nəticəsində bu sağlam əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında 29 oktyabr ci il tarixli Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Həmin dövlət sərəncamı əsasında qüdrətli sənətkarın yubileyi ilə bağlı Bakıda, Tehranda və Təbrizdə keçirilən genişmiqyaslı tədbirlərlə ölkələrarası ədəbi-mədəni əlaqələr yeni və daha yüksək səviyyəyə qaldırılmışdır. Heydər Əliyevin ədəbiyyat təlimindəki millilik anlayışı özündə bütün dolğunluğu ilə azərbaycançılıq məfkurəsini əks etdirir. Və yaxud da azərbaycançılıq Heydər Əliyevin apardığı milli siyasətin lokomotividir. Ədəbiyyat siyasəti görkəmli dövlət xadiminin bu istiqamətdə apardığı geniş siyasi-ideoloji və təşkilati işin

30 30 İSA HƏBİBBƏYLİ özülünü təşkil edir. Azərbaycan ədəbiyyatı klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, həmçinin yeni dövr bədii fikrimizin Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Anar, Elçin, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi, Sabir Rüstəmxanlı və başqaları kimi onlarla nümayəndələrinin dövlət səviyyəsində yubileylərinin keçirilməsi, aparılan tədqiqattəbliğat işləri həmin sənətkarların xalqa daha yaxından tanıdılması ilə bir sırada, həm də Azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurla xidmət etmişdir. Heydər Əliyev keçmiş İttifaq səviyyəsində ən yüksək siyasi dairələrdə böyük cəsarətlə bəyan edirdi ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər. Nizami Gəncəvinin yubileyi bu böyük sənətkarın timsalında Azərbaycanın əvvəlcə keçmiş Sovetlər İttifaqında, daha sonra isə bütün mədəni dünyada tanıma missiyasına xidmət etmişdir. Dahi Məhəmməd Füzulinin anadan olmasının illiyi münasibətilə Heydər Əliyevin yubileyi keçirən Təşkilat Komitəsinin 1 avqust cü il tarixli yığıncağındakı böyük əks-səda doğurmuş nitqində səslənən aşağıdakı mülahizələr də Azərbaycanın, xalqımızın tanıdılmasının qayğılarını əhatə edir: Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hislərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir. Deməli, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsi, Azərbaycançılıq məfkurəsinin mənimsədilməsi Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir. Heydər Əliyev bu tarixi vəzifəni həm ölkə daxilində, həm də Azərbaycandan kənarda böyük bacarıqla həyata keçirmişdir. Böyük ədəbiyyat Heydər Əliyevin Azərbaycanı dünyada tanıtdırması baxımından da mühüm vasitələrdən birinə çevrilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi qüdrətli sənətkarların yubileylərinin, Kitabi-Dədə Qorqud dastanlarının yaranmasının illiyinin beynəlxalq miqyasda keçirilməsi görkəmli dövlət xadiminin Azərbaycan xalqını və ölkəsini dünya səviyyəsində tanıtmasına, dövlətimizə və xalqımıza etibarlı tərəfdaşlar qazandırmasına doğru istiqamətləndirilmiş və müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Bundan başqa, müxtəlif bəhanələrlə Azərbaycan xalqına mənsub olmasına şübhə ilə yanaşılan, ətrafında yersiz və haqsız mübahisələr açılan ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi həm də həmin şübhəli mülahizələrin, məqamların, iddiaların aradan qaldırılmasına, Azərbaycan gerçəkliyinin daha dərindən əsaslandırılıb təsdiq olunmasına hesablanmışdır. Nizami Gəncəvinin illik, Məhəmməd Füzulinin illik, Kitabi-Dədə Qorqud dastanlarının illik yubileyləri prosesində aparılan məqsədyönlü elmi-ideoloji işin sayəsində ortaq cəhətləri ilə yanaşı,

31 BÖYÜK ƏDƏBİYYAT SİYASƏTİ VƏ MÜASİRLİK 31 bu sənətkarların və abidələrin Azərbaycan xalqına məxsusluğu nəinki möhkəm surətdə əsaslandırılmış, hətta bütün dunyaya bəyan edilmişdir. Bunlar isə Heydər Əliyevin ədəbiyyat siyasətində həm də Azərbaycanın mənafelərinin qorunması, müdafiə edilməsi kimi məsələlərin də əhatə olunduğunu nəzərə çarpdırır. Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətində tarixilik prinsipinin də özünəməxsus yeri vardır. Əslində bu amili tarixi dərk prinsipi də adlandırmaq olar. Böyük dövlət xadimi Heydər Əliyev bu fikirdə idi: Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu həm öz vətəndaşlarımıza, həm də respublikamıza maraq göstərən adamlara tanıtmaq lazımdır. Heydər Əliyev Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hislərini daha da yüksəltmək üçün tarixi mövzularda bədii əsərlərin yazılmasına meydan verilməsini zəruri saymışdır. Görkəmli Azərbaycan yazıçıları Anarın, Elçinin, İsa Hüseynovun, Əzizə Cəfərzadənin, Hüseyn İbrahimovun, Fərman Kərimzadənin, Əlisa Nicatın və başqalarının tarixi mövzularda yazdıqları bədii əsərlər milli-tarixi özünüdərk proseslərinin dərinləşməsində əhəmiyyətli rol oynamışdır. Tarixi mövzularda yazılmış bədii əsərlərin əsasında filmlərin çəkilməsi, teatr tamaşalarının hazırlanması, bu əsərlərdən bəzilərinin rus dilinə tərcümə olunması Türkiyədə nəşri prosesinin kütləviləşdirilməsinə və miqyasın genişlənməsinə özünün layiqli töhfəsini vermişdir. Azərbaycan təkcə müasir inkişaf səviyyəsi ilə deyil, həm də zəngin tarixi ənənələri ilə dünyada tanıdılmışdır. Heydər Əliyevə görə, tarixi mövzuda yüksək bədii səviyyədə əsər yazmaq yazıçıların Vətən və xalq qarşısındakı ən məsul vəzifələrindəndir. Belə əsərlərdə tarixiliklə bədiiliyin vəhdət daşımalı olduğunu da görkəmli dövlət xadimi diqqət mərkəzinə çəkmişdir: Tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, açıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Siyasi istiqaməti ilə yanaşı, elmi cəhətdən də əhəmiyyətli olan yuxarıdakı mülahizələr tarixiliklə bədiiliyin sintezinə dair Heydər Əliyev tezisləri kimi səslənir. Bu cür aydın və konkret tələblər tarixi mövzuların meydanını genişləndirmiş, həmin mövzuda layiqli bədii əsərlərin yazılması ilə nəticələnmişdir. Bu isə öz növbəsində milli-tarixi dərk proseslərinin dərinləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Heydər Əlyievin ədəbiyyat siyasətində müasirlik meyarının özünəməxsus rolu və yeri vardır. Böyük siyasətçinin nəzərində müasirlik genişmiqyaslı bir kateqoriya kimi həm çağdaş həyatın ədəbiyyatda əks etdirilməsi, həm də müasir düşüncənin, yeni təfəkkürün ədəbiyyata gətirilməsi vəzifələrini əhatə edir. Ona görə də Heydər Əliyev həmişə öz dövrünü tam dolğunluğu ilə göstərməyin, ictimai inkişafın dialektikasını bədii formada canlandırmağın, onun ən mühüm meyillərini və qanunauyğunluqlarını açmağın necə məsul vəzifə olduğunu hər bir sənətkarın dərk etməsi çox böyük vəzifədir qənaətində olmuşdur. Onun fikrincə, müasir həyatdan söz açan əsl sənətkar ötəri, keçəri meyilləri deyil, ictimai inki-

32 32 İSA HƏBİBBƏYLİ şafın müqəddəratını müəyyən edən prosesləri və hadisələri ilk növbədə etməlidir. Heydər Əliyev hesab edirdi ki, bizim zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq Azərbaycan yazıçılarının əsas qayğısı olmalıdır. Həm keçmiş sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarındakı dərin məzmunlu məruzələri, müasir ədəbiyyatın, yaxud da ki ədəbiyyatda müasirlik məsələsinin bədii əksinin proqramına çevrilmişdir. Onun müasiri olduğu sənətkarların yubiley mərasimlərindəki çıxışları müasir həyat və çağdaş ədəbiyyat münasibətlərinin əsas ana xətləri ilə açılmasına aydınlıq gətirmişdir. Beləliklə, cəmiyyətdə və ədəbiyyatda müasirlik anlayışının Heydər Əliyev konsepsiyası formalaşmışdır. Fikrimizcə, XX əsrin altmışıncı illərindən sonra yaranan müasir Azərbaycan ədəbiyyatı ən yaxşı nailiyyətlərini həmin müdrik konsepsiyanın işığında qazana bilmişdir. Heydər Əliyevin ədəbiyyat təlimi sözün həqiqi mənasında əsl professionallığa əsaslanır. Görkəmli dövlət xadiminin ayrı-ayrı sənətkarlar, konkret bədii əsərlər, teatr tamaşaları haqqındakı baxışları və mülahizələri ədəbiyyatşünaslıq və sənətşünaslıq elmlərinin ən yüksək tələbləri və prinsiplərindən ucada dayanır. O, yazıçılara və əsərlərə qiymət verərkən ədəbiyyatşünaslığın, yəni elmin tələblərindən deyil, ədəbiyyatdan və həyatdan çıxış etmişdir. Heydər Əliyevin ədəbiyyat təlimi ədəbiyyatşünaslıq və sənətşünaslıq, tarix və dilşünaslıq elmlərini də zənginləşdirmiş və inkişaf etdirmişdir. Azərbaycanda professional milli dövlətçilik siyasətinin banisi olan Ümummilli liderimiz Heydər Əliyev ədəbiyyat haqqında elmdə də professionallıq siyasətinin böyük müdafiəçisidir. Bədii ədəbiyyatla bir sırada ədəbiyyatşünaslıq, sənətşünaslıq, dilşünaslıq kimi elmlər də Heydər Əliyevin ədəbiyyat siyasətinin zəminində yeni inkişaf səviyyəsinə yüksələ bilmişdir. Yazıçılar Birliyinin mətbu orqanları olan Ədəbiyyat qəzeti nin Azərbaycan, Qobustan və Ulduz jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi də Heydər Əliyevin çətin keçid dövrü proseslərində milli ədəbiyyatın inkişafına göstərdiyi böyük qayğının əməli təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsaslandığı azərbaycançılıq siyasətinin ideoloji özülü görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat və mədəniyyət təlimindən yoğrulmuşdur. Prezident İlham Əliyev bu əbədiyaşar təlimi yeni epoxanın prinsiplərinə uyğun olaraq, əlavə müddəalarla daha da zənginləşdirərək, müasir dövrün ədəbiyyat siyasətini müəyyən etmişdir. azərbaycançılıq və müstəqil dövlətçilik ölkəmizin ədəbiyyat siyasətində Heydər Əliyev İlham Əliyev epoxasının ortaq ana prinsipidir. Bu baxımdan yanaşdıqda görkəmli dövlət xadimi Heydər Əliyevin Dədə Qorqud dastanlarına münasibəti ilə Prezident İlham Əliyevin qiymətləndirməsi biri digərini tamamlayır. Vaxtilə Dədə Qorqud dastanlarının illiyinin qeyd olunması haqqında fərman imzalamış və möhtəşəm yubiley tədbirləri keçirmiş Heydər Əliyev bu dastana mühüm azərbaycançılıq hadisəsi kimi baxmışdır: Kitabi-Dədə Qorqud dastanlarının fövqəladə əhəmiyyəti ondadır ki, o, bizim tariximizin illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir,

33 BÖYÜK ƏDƏBİYYAT SİYASƏTİ VƏ MÜASİRLİK 33 oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 dekabr cü ildə Bakı şəhərində Dədə Qorqud parkının və Dədə Qorqud heykəlinin açılışı mərasimindəki çıxışında da azərbaycançılıq ön mövqedə dayanmışdır: Kitabi- Dədə Qorqud Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Dastanın qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar Əsərdə Oğuz eli kimi coğrafi məfhum bütün Azərbaycan oğuznamələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilmiş Dədə Qorqud dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında 28 dekabr cü il və Kitabi-Dədə Qorqud un alman dilinə ilk tərcüməsi və nəşrinin illiyinin qeyd edilməsi haqqında 20 fevral ci il tarixli Sərəncamların ruhunda, mahiyyətində müasir dövrdə azərbaycançılıq faktorunun əhəmiyyəti məsələsi üstünlük təşkil edir. Azərbaycanın bir çox görkəmli sənətkarları ilə əlaqədar dövlət tədbirlərində, o cümlədən xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi haqqında 14 yanvar ci il tarixli Sərəncamında da azərbaycançılıq məfkurəsi prinsiplərinin diqqət mərkəzinə çəkilməsi Prezident İlham Əliyevin ədəbiyyat siyasətində azərbaycançılığın davamlı xətt təşkil etdiyini göstərir: Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaş ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Yeni tarixi epoxada görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətində formalaşmış ənənələr ardıcıl olaraq yaradıcı şəkildə davam etdirilmişdir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin sanballı yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Həmçinin böyük xidmətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə mükafatların verilməsi də Ulu öndər tərəfindən ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Bundan başqa, uzunillik fasilədən sonra Azərbaycan Respublikası Dövlət Mükafatının yenidən bərpa edilməsi də ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir. Bütün bunlarla bərabər, cəmiyyətin inkişaf xüsusiyyətlərinə, ölkəmizin artan iqtisadi imkanlarına uyğun olaraq, ədəbiyyat siyasəti sahəsində bir sıra yeni tədbirlərin həyata keçirilməsi də müşahidə olunmaqdadır. Ədəbiyyat və incəsənət sahəsində Heydər Əliyev mükafatının müəyən edilməsi və həyata keçirilməsi, hər şeydən əvvəl, Azərbaycan dövlətinin ədəbiyyat siyasətini müəyyən edən görkəmli dövlət xadiminin xatirəsinə böyük ehtiramın ifadəsidir. Heydər Əliyev mükafatlarının təsis olunması ədəbiyyat və incəsənətin Ulu öndərin Ümummilli ideallarına

34 34 İSA HƏBİBBƏYLİ layiq şəkildə inkişaf etdirilməsi ənənəsinin yaşadılması deməkdir. Eyni zamanda, son vaxtlarda Qızıl çinar, Buta kimi yüksək səviyyəli mükafatların meydana çıxması, Heydər Əliyev Fondunun mükafatları və təqaüdlərinin yaradılması mövcud siyasətin işığında formalaşan yeni ənənələrdir. Bakıda Dədə Qorqud abidə kompleksinin yaradılması, xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması müstəqillik dövrü ədəbiyyat epoxasının möhtəşəm hadisələridir. Son illərdə ölkədə aparılan böyük quruculuq proseslərinin tərkib hissəsi kimi Azərbaycan Yazıçılar Birliyinin, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Dövlət Milli Dram Teatrının, Opera Teatrının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Naxçıvan Yazıçılar Birliyinin və ölkəmizdəki digər teatr binalarının, görkəmli yazıçıların muzeylərinin əsaslı şəkildə yenidən qurulması, yeni texnologiya və müasir avadanlıqlarla təchiz edilməsi, Muğam Mərkəzinin yaradılması, Naxçıvanda Ədəbiyyat muzeyinin və Şahbuz rayonunda Məmməd Araz muzeyinin, Kəngərli rayonunda Şahtaxtinskilər muzeyinin, Gədəbəydə Ozan Mərkəzinin tikilib istifadəyə verilməsi bədii ədəbiyyatın, söz sənətinin inkişafında mühüm rol oynayır. Bütün bunlar ölkəmizin Prezidenti İlham Əliyevin ədəbiyyat və mədəniyyət işini müstəqillik dövrünün yüksək tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi tədbirlərinin yeni səviyyəyə qaldırdığını qabarıq şəkildə nümayiş etdirir. Beləliklə, möhtərəm Prezidentimiz İlham Əliyev yeni tarixi epoxanın ədəbiyyat siyasətini formalaşdırır və ardıcıl olaraq yaradıcı şəkildə inkişaf etdirir. Müstəqil Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti yeni ədəbiyyat axtarışlarının və çağdaş ədəbi nəslin meydana çıxması, ərsəyə gəlməsi ilə nəticələnir. Müasir dövrün ədəbiyyat siyasəti azərbaycançılıq məfkurəsinin daha da zənginləşdirilməsinə də xidmət edir. Göründüyü kimi, ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Əslində, Azərbaycanın son qırx ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Hesab edirik ki, ən yeni dövr Azərbaycan ədəbiyyatının bir məsul vəzifəsi də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən bədii obrazını yaratmaqdan ibarətdir. ƏDƏBİYYAT 1. Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar. I cild. Bakı, Turxan NPB, İsa Həbibbəyli. Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi, Elmira Axundova. Heydər Əliyev. Şəxsiyyət və zaman. I-II c., Bakı, ; III c. Bakı, ; IV c. Bakı, ; V-VI c. Bakı, Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, Elm, Heydər Əliyev ideyaları XXI əsrdə. Azərbaycanın inkişaf yolu. Bakı, Azərbaycan,

35 BÖYÜK ƏDƏBİYYAT SİYASƏTİ VƏ MÜASİRLİK 35 Большая литературная политика и современность Резюме Иса Габиббейли В статье представлены и анализированы суждения одного из редчайших государственных деятелей, обладаюшего широкими и системными знаниями в области литературы, Гейдара Алиева о путях развития азербайджанской литературы и оценка, данная им выдающимся литературным личностям. В то же время, до читателя доводятся сведения относительно того, как великий лидер Гейдар Алиев заботился о развитии литературы и об отдельных писателях и поэтах. Ключевые слова: Гейдар Алиев, азербайджанская литература, литературные личности, великий лидер, писатель, поэт. Great Literary Policy and Modernity Abstract Isa Habibbeyli This article presents and analyses the view of the development of Azerbaijani literature of one of the rare statesmen to have an extensive, comprehensive knowledge of literature, Heydar Aliyev, and considers his opinions of the most prominent authors. At the same time, the article informs readers about National Leader Heydar Aliyev s careful attention to the development of literature and to individual writers and poets. Key words: Heydar Aliyev, Azerbaijani literature, literary men, National Leader, author, poet.

36 T Ü R K O L O G İ Y A MÖHSÜN NAĞISOYLU (Azərbaycan) HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ Xülasə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik edərkən ana dilinə böyük qayğı ilə yanaşmış və bu sahədə səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı xüsusi maddənin daxil edilməsi bunun əyani sübutudur. Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikaya rəhbərlik etdiyi müddətdə də ( cü illər) Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti və onun ölkədə tətbiqi işinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlara imza atmışdır. Ulu öndərin dil siyasətini onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də uğurla davam etdirir və daima diqqət mərkəzində saxlayır. Açar sözlər: Heydər Əliyev, Azərbaycan dili, dövlət dili, İlham Əliyev. Məlum olduğu kimi, hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri,necə deyərlər, imzalar içərisində imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və özümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü. [email protected]

37 HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ 37 demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə elmin, texnikanın görünməmiş sürətlə irəli getdiyi çağımızda bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya dillərindən biridir. Xalqımızın böyük oğlu, Ümummilli lideri Heydər Əliyev keçən əsrin cı illərinin sonundan () Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi,bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Ulu öndər ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının binasında dilimizin adı ilə bağlı keçirilən ümumrespublika yığıncağında həmin tarixi hadisəni yada salaraq demişdir: Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz? Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü və uğurlu dil siyasətinin nəticəsi olaraq keçən əsrin ci illərində respublikamızda milli ana dilinin müxtəlif yönlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi-tədqiqat işləri yerinə yetirildi. Bütün bunların nəticəsi olaraq, cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik Müasir Azərbaycan dili dərsliyi respublika Dövlət mükafatına layiq görüldü. Heydər Əliyevin ana dilinə olan sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı ölkəmizdə

38 38 MÖHSÜN NAĞISOYLU dilçiliyin daha da inkişafı üçün geniş imkanlar açdı, dilçi alimlərə qol-qanad verdi, elmi ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Yenə həmin dövrdə Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan uğurlu dil siyasəti daha bir bəhrəsini verdi: Azərbaycan keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanındı. Belə ki, keçən yüzilliyin ci illərində SSRİ Elmlər Akademiyasının türk dillərinin tədqiqi istiqamətində yeganə elmi orqanı olan Sovetskaya Türkologiya jurnalı Bakıda nəşr olunmağa başladı. Yeri gəlmişkən, qeyd edək ki, bu jurnal hazırda yenə də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin orqanı kimi Türkologiya adı ilə beynəlxalq dərgi statusunda dörd dildə (Azərbaycan, türk, rus, ingilis) nəşr olunur. Ölkəmiz ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfülər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının ci il noyabrın də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi. Qeyd etmək lazımdır ki, ci ildə Azərbaycan Respublikasının dövlət dilinin adı emosiyaların təsiri ilə türk dili adlandırılmış və o dövrün səriştəsiz rəhbərliyinin bu tələsik qərarı ciddi etirazlarla qarşılanmışdı. Heydər Əliyev cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ölkəyə rəhbərliyi öz öhdəsinə götürdükdən sonra yeni yaranmış şəraitdə digər vacib məsələlərlə yanaşı, dil siyasətinə də xüsusi önəm verdi. Ümummilli lider dil məsələsinə birinci növbədə azərbaycançılıq ideologiyası prizmasından yanaşdı və ci ilin payızından başlayaraq məhz bu mövqedən dilimizin adı ilə bağlı geniş müzakirələr aparmağa başladı. Tam demokratiklik, fikir azadlığı şəraitində keçən həmin müzakirələr zamanı dilimizin adının yarım əsrdən artıq işləndiyi şəkildə, yəni Azərbaycan dili adlandırılmasına üstünlük verildi. Bu məsələdə birinci növbədə azərbaycançılıq konsepsiyası əsas götürülür və nəzərə alınırdı ki, Azərbaycan dili anlayışı artıq neçə on illərdir ki, ölkədə yaşayan bütün xalqlar tərəfindən qəbul olunmuş, bu dil artıq kifayət qədər işlənmə təcrübəsi qazanmış və müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artması ilə tarixdə və beynəlxalq arenada da bu adla

39 HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ 39 tanınmışdır. Ulu öndər dilimizin adı məsələsi ilə bağlı çoxsaylı çıxışlarında bu məsələyə siyasi uzaqgörənliklə, müdrikcəsinə yanaşaraq demişdir: Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramı bildirərək, eyni zamanda bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi, ölkəmizin bugünü və gələcəyi nöqteyi-nəzərdən düzgün deyil. Onu da qeyd edək ki, adıçəkilən ümumxalq səsverməsi günü Ümummilli lider jurnalistlərlə görüşü zamanı dilimizin adı ilə bağlı ona ünvanlanan suala belə cavab vermişdir: Bizim dilimiz Azərbaycan dilidir, biz azərbaycanlıyıq, respublikamız Azərbaycandır. Ancaq tarix, dilçilik elmi nöqteyi-nəzərindən Azərbaycan dili dünyada mövcud olan türk dilləri qrupuna daxildir. Beləliklə, Heydər Əliyevin dilimizin adı ilə bağlı mülahizələri sübut etdi ki, Ulu öndərin apardığı dil siyasəti milli dövlət quruculuğu siyasəti ilə, azərbaycançılıq konsepsiyası ilə sıx bağlıdır və onun üzvi tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının əsas qanununa Konstitusiyasına Dövlət dili adlanan ayrıca bir maddə (maddə 21) daxil edildi. Ümummilli liderin ölkəmizdə apardığı məqsədyönlü və uğurlu dil siyasətinin əsaslarını özündə birləşdirən Azərbaycan Respublikasının Konstitusiyasının həmin maddəsində birmənalı şəkildə qeyd olunur: I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. II. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın Dövlət dili haqqındakı maddəsinin ikinci bəndindən göründüyü kimi, Azərbaycan Respublikasında yaşayan və müxtəlif dillərdə danışan digər xalqların və etnik qrupların milli dillərinin sərbəst işlədilməsinə və inkişafına da dövlət tərəfindən tam təminat verilir. Bu mühüm amil isə müstəqil Azərbaycan Respublikasında dövlət dilinin həm də böyük humanizmi və demokratik ruhu ilə səciyyələndiyini açıq-aşkar şəkildə sübut edir. Belə ki, ölkəmizdə yaşayan azsaylı xalqların, etnik qrupların nümayəndələrinin öz aralarında, məişətdə ana dillərində ünsiyyət saxlamalarına, istənilən dildə təhsil almaq hüquqlarına dövlət səviyyəsində zəmanət verilir. Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı olmuşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən, xalq dilindən gəlmə deyimlərdən uğurla istifadə etmiş, özünəməxsus jest və mimikaları ilə nitqinin auditoriyaya, bütövlükdə xalqa təsir gücünün artmasına nail olmuşdur. Ulu öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində milli dilin azərbaycançılıqla birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq

40 40 MÖHSÜN NAĞISOYLU vurğulamışdır: Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir. Azərbaycan dilinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ümumi ünsiyyət dili vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun artması, nüfuzunun yüksəlməsi də xalqımızın Ümummilli lideri, müdrik siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə ikinci dəfə rəhbərliyinin ilk illərində Azərbaycanın dahi söz ustadı, qəlb şairi (Gibb) Məhəmməd Füzulinin illik yubileyi geniş miqyasda keçirildi ci illərdə isə dilimizin ən əski qatını özündə yaşadan ana abidəmiz Kitabi- Dədə Qorqud eposunun illik yubileyi böyük təntənə ilə qeyd olundu. Bu yubileylər həm də əbədiyaşar söz sənətinin və onun ifadə vasitəsi olan ana dilinin təntənəsi, dilimizə göstərilən böyük diqqət və qayğının göstəricisi kimi dəyərləndirildi və milli ziyalıların, bütövlükdə, xalqımızın yaddaşına əbədi olaraq həkk olundu. Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 18 iyun ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Belə ki, fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaranması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Fərmanda Azərbaycan dilinin tarixi ilə xalqımızın tarixi arasında sıx və qırılmaz tellər olduğu vurğulanır və dil siyasətinin azərbaycançılıqla bağlılığı qeyd olunurdu. Ümummilli liderin əsəri olan bu tarixi fərmanda müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində iki başlıca ideya dayanırdı. Birincisi, Azərbaycan dilinin dövlət dili kimi qorunması, ikincisi isə - bu dilin dövlət dili səviyyəsində inkişafı üçün hər cür imkan və şəraitin yaradılması. Adıçəkilən tarixi qərara əsasən, Azərbaycanın dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə, onun lazımi səviyyədə öyrənilməsinə və cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə, eləcə də sadalanan işlərə nəzarətin gücləndirilməsinə əsl dövlət qayğısı öz əksini tap-

41 HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ 41 mışdır. Belə ki, həmin fərman çərçivəsində ilk növbədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış və yaxın gələcək üçün nəzərdə tutulmuş Azərbaycan Respublikasında Dövlət dili haqqında qanun layihəsinin hazırlanması barədə müvafiq qurumlara göstəriş verilmişdi. Bundan əlavə, ölkənin müxtəlif nazirlik, idarə və təşkilatlarında dövlət dilinin və latın əsaslı Azərbaycan əlifbasının tətbiqi, ali təhsil ocaqlarında və orta məktəblərdə Azərbaycan dilinin tədrisinin yaxşılaşdırılması qarşıya bir vəzifə olaraq qoyulurdu. Fərmanda, həmçinin Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə sanballı elmi araşdırmaların nəşri də icrası nəzərdə tutulan başlıca məsələlər sırasında yer alırdı. Bu tarixi qərarda eyni zamanda Azərbaycan dilinin və latın əsaslı Azərbaycan əlifbasının yerlərdə tətbiqi işinə nəzarətin gücləndirilməsi və ölkədə çap olunan mətbuat orqanlarının, kitabların ci il avqustun 1-nə qədər bütövlükdə latın əsaslı Azərbaycan əlifbasına keçidi bir vəzifə olaraq müvafiq orqanlar və dövlət qurumları qarşısında qoyulurdu. Qeyd edək ki, Ulu öndərin Azərbaycan dili ilə bağlı bu tarixi fərmanından irəli gələn bütün məsələlər tezliklə öz müsbət həllini tapdı və bir sıra mühüm tədbirlər həyata keçirildi. Qeyd etmək lazımdır ki, bütövlükdə götürdükdə fərmanda irəli sürülən müddəalar və ideyalar başlıca olaraq Azərbaycan dilinin bir dövlət dili kimi qorunması, müxtəlif sahələrdə geniş tətbiqi, işlənməsi və inkişaf etdirilməsi kimi qlobal məsələləri özündə ehtiva edir və onlardan irəli gələn hədəflərə, vəzifələrə çatmaq üçün konkret yolları göstərir, istiqamətləri müəyyənləşdirirdi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkənin dövlət dili ilə bağlı aşağıdakı mühüm sənədlərə də imza atmışdır: - Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 9 avqust ci il tarixli Fərman; - Azərbaycan Respublikasında Dövlət dili haqqında 30 sentyabr ci il tarixli Azərbaycan Respublikasının Qanunu - Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar cü il tarixli Fərman. Ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının həyatında olduqca mühüm bir elmi-mədəni hadisə olduğunu nəzərə alan dövlət başçısı 9 avqust ci il tarixli fərmanı ilə hər il avqust ayının ilk gününün Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmasını rəsmiləşdirdi. Beləliklə də, dövlətin dil siyasətinin həyata keçirilməsi, ana dilinin nüfuz və statusunun qaldırılması üçün daha münbit şərait və geniş imkanlar yarandı. Üç fəsildən, iyirmi maddədən ibarət olan Azərbaycan Respublikasında Dövlət Dili haqqında Qanun isə ilk növbədə ölkə konstitusiyasına uyğun olaraq, dilimizin dövlət dili kimi hüququ statusunu nizamlamaq məqsədilə onun işlənməsi, qorunması və inkişafı istiqamətlərini müəyyənləşdirdi. Qanunun preambulasında deyildiyi kimi, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun

42 42 MÖHSÜN NAĞISOYLU tətbiqi, qorunması və inkişaf etdirilmsəi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Burada diqqətçəkici məqamlardan birincisi Azərbaycan dilinə dövlət səviyyəsində lazımı qayğı göstərilməsidirsə, ikinci bir mühüm cəhət isə Azərbaycan dilinin dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli rolunu oynaması üçün Azərbaycan dövləti tərəfindən zəmin yaradılmasıdır. İkinci məsələ ilə bağlı onu da qeyd etmək lazımdır ki, qanunun ayrıca bir maddəsində (I fəsil, maddə ) xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə lazımi kömək göstərilməsi də nəzərdə tutulmuşdur. Adıçəkilən qanunla Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün mərasim və tədbirlərin, eləcə də televiziya və radio yayımlarının dövlət dilində aparılmasının rəsmiləşdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Bütövlükdə, müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən Dövlət Dili haqqında Qanunda Azərbaycan dilinin saflağının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulmuşdur. 2 yanvar cü il tarixli fərman isə adından göründüyü kimi Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini, onun tətbiqi və qorunmasını prioritet bir vəzifə olaraq qarşıya qoyurdu. Fərmanda, həmçinin Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayıldığı və onun tətbiqi, qorunması və inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanır və bu sahədə görüləcək işlər başlıca bir vəzifə olaraq qarşıya qoyulurdu. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi fərmanlar ədəbi dilimizin fəaliyyət meydanını daha da genişləndirmiş, onun dövlət səviyyəsində tətbiqi işini, inkişafı məsələlərini gücləndirmişdir. Bu tarixi qərarlar bütövlükdə götürdükdə Azərbaycan dili və dil mədəniyyətimiz qarşısında yeni imkanlar və geniş üfüqlər açmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar cü il tarixli bu sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə

43 HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ 43 Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə, İlham Əliyevin cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust ci il tarixli digər bir sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Sənəddə qeyd olunduğu kimi, Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir. İlk növbədə Azərbaycan dilinin hərtərəfli inkişafı və tətbiq dairəsinin genişlənməsi üçün böyük imkanlar yaradan Dövlət Proqramının əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır. Dövlət Proqramının icrasına dair təqdim olunan Tədbirlər Planında göstərilən maddələr sırasında Azərbaycan dilinin tədrisi və tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və dilimizin kütləvi informasiya vasitələrində təbliği, ədəbi dilimizə xələl gətirə biləcək yad ünsürlərin aradan qaldırılması, ədəbi dil normalarına ciddi əməl edilməsi kimi qlobal məsələlər başlıca yer tutur. Bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır. Ümumiyyətlə, Dövlət Proqramı milli dövlətçiliyimizin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin geniş miqyasda tətbiqi, əsaslı və fundamental şəkildə tədqiqi, eləcə də ölkəmizdə dilçilik elmi sahəsində aparılan araşdırmaların səviyyəsinin yüksəldilməsi istiqamətində konkret əməli işlər görmək üçün əlverişli zəmin və geniş imkanlar yaradır. Adıçəkilən tarixi sənəd eyni zamanda dilçilik sahəsində çalışan mütəxəssislər, dilçi alimlər üzərinə böyük vəzifələr qoyur, onları bu yöndə əməli işlər görməyə səfərbər edir. Qeyd edək ki, yuxarıda adıçəkilən məqsəd və vəzifələrin həlli məsələsi daha çox Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan bu elmi müəssisədə ölkə Prezidentinin Azərbaycan dili haqqında 9 aprel cü il tarixli Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir sıra əməli işlər görülmüşdür. Onlar sırasında ilk növbədə Dilçilik İnstitutunda bir neçə yeni şöbənin (Qədim dillər və

44 44 MÖHSÜN NAĞISOYLU mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq) yaradılmasını qeyd etmək lazımdır. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırlmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili ilə bağlı bu qeydlərimiz açıq-aşkar şəkildə sübut edir ki, xalqımızın ən böyük mənəvi sərvəti sayılan ana dilimizə ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət səviyyəsində böyük qayğı göstərilmiş və bu qlobal məsələ daima diqqət mərkəzində olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlət dilimiz olan Azərbaycan dili haqqında dediyi aşağıdakı sözləri bu qayğının ən bariz nümunəsidir: Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Lakin mədəniyyətin və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşdirilməsinə, onun söz ehtiyatının zənginləşməsinə daha çox qayğı göstərmək lazımdır. Ulu öndərin Azərbaycan dili haqqında proqram səciyyəli bu sözləri hər bir Azərbaycan vətəndaşını, xüsusilə də dilçilik sahəsində çalışan mütəxəsisləri ədəbi dilimizin saflığı keşiyində dayanmağa, onun düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində düşünüb-daşınmağa səsləyir. İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 1. Ağamusa Axundov. Dilimizə dövlət qayğısı/ Ağamusa Axundov. Dil və ədəbiyyat. B Ağamusa Axundov, Müseyib Məmmədov, Məsud Mahmudov. Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. Bakı, Elm Möhsün Nağısoylu. Azərbaycan Respublikasında dövlət dili siyasətinin möhkəmləndirilməsi/ Müstəqillik yollarında Bakı. Şərq-Qərb Nizami Xudiyev. Heydər Əliyev və Azərbaycan dili/ Seçilmiş əsərləri X cild. Bakı. Elm və təhsil, Salatın Əhmədova. Heydər Əliyevin dil siyasəti. Azərbaycan. Ata M Tofiq Hacıyev. Özü, varisi və ana dili/ Heydər Əliyev Bakı, Elm,

45 HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ 45 Гейдар Алиев и азербайджанский язык Резюме Мохсун Нагисойлу Общеенациональный лидер азербайджанского народа Гейдар Алиев ещё во времена Советского Союза будучи во главе Азербайджана относился с большой заботой к родному языку и предпринимал эффективные меры в этом направлении. Включение специальной статьи об азербайджанском языке как государственном в Конституцию Азербайджанской Республики, принятую в году, очевидное тому доказательство. Руководя Республикой и после обретения ею государственной независимости ( годы), Гейдар Алиев подписал ряд указов в направлении функционирования азербайджанского языка как государственного и улучшения работы по его применению в стране. Языковую политику великого лидера успешно продолжает и держит в центре пристального внимания его достойный преемник Президент Азербайджанской Республики Ильхам Алиев. Ключевые слова: Гейдар Алиев, азербайджанский язык, государственный язык, Ильхам Алиев. Heydar Aliyev and the Azerbaijani Language Abstract Mohsun Naghisoylu Back when he was leader of Azerbaijan during the Soviet period, the National Leader of Azerbaijan, Heydar Aliyev, showed great care for the Azerbaijani language and took effective measures in this regard. The inclusion in the Constitution of the Republic of Azerbaijan in of a specific article on adopting Azerbaijani as a state language is clear evidence of this. During his leadership of the republic after Azerbaijan gained its independence ( ), Heydar Aliyev signed several orders designed to improve the use of Azerbaijani as the state language. The President of the Republic of Azerbaijan, Ilham Aliyev, has proved himself to be a worthy successor of the National Leader s language policy, focusing attention on the policy and continuing it successfully. Key words: Heydar Aliyev, the Azerbaijani language, state language, Ilham Aliyev.

46 T Ü R K O L O G İ Y A MUXTAR İMANOV (Azərbaycan) * HEYDƏR ƏLİYEV VƏ KİTABİ-DƏDƏ QORQUD EPOSU Xülasə Görkəmli dövlət xadimi Heydər Əliyevin elm və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlər ona xas sistemlilik, ardıcıllıq və gələcəyə hesablanması ilə seçilmişdir. Xalqın özünü dərk etməsində, milli köklərə daha möhkəm bağlanmasında folklorun əvəzsiz rol oynadığını nəzərə alan Heydər Əliyev Kitabi-Dədə Qorqud eposunun illik yubileyinin keçirilməsi haqqında tarixi fərman imzalamışdır. Həmin fərman Kitabi-Dədə Qorqud haqda, bu eposun yaranma dövrü haqda yenidən düşünüb-daşınmaq zərurətini meydana çıxarmışdır. Kitabi-Dədə Qorqud barədəki çıxışlarında bu dastanın VII əsrdə yaranmasını xüsusi olaraq diqqətə çatdıran, bu dastanın Azərbaycan xalqı ilə yanaşı, digər türk xalqlarının da ədəbi abidəsi olduğunu qeyd edən Heydər Əliyev epos və milli dövlətçilik məsələsi üzərində daha ətraflı dayanmağı vacib saymışdır. Siyasi müstəqillik, Oğuz elinin başqa dövlətlərdən asılı olmaması ideyasının Kitabi-Dədə Qorqud da qabarıq ifadə edilməsinə əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulamışdır. Kitabi-Dədə Qorqud haqqındakı çıxışlarında Heydər Əliyev əxlaq kodeksimiz, milli estetikamızın mötəbər qaynağı, tariximizin, etnik yaddaşımızın, arxaik təfəkkürümüzün güzgüsü, nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi adlandırdığı bu dastanın açılmayan səhifələrinin, öyrənilməyən məsələlərinin olduğuna diqqəti yönəltmiş, bu dastanla bağlı gələcək araşdırmalara yol açmışdır. Açar sözlər: Heydər Əliyev, Kitabi-Dədə Qorqud, epos, dövlətçilik düşüncəsi, dövlət müstəqilliyi, etnik yaddaş. Görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elm, təhsil və mədəniyyətin inkişafına diqqət və qayğı həmişə ön planda olmuşdur. Ulu öndərin elm siyasəti milli maraqların təmin edilməsinə yönəlmiş, humanitar elmimizin ideya istiqamətinin müəyyənləşməsində mühüm rol oynamışdır ci illərə qədər sovet rejiminin Azərbaycan folkloruna və folklorşünaslığına münasibəti xüsusi sərtliyi ilə seçilmişdir cu illərdə folklorşünaslarımızdan bir çoxunun repressiya olunması dediyimiz sərt münasibəti sübut edən faktlardandır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan folklora * Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü. [email protected]

47 HEYDƏR ƏLİYEV VƏ KİTABİ-DƏDƏ QORQUD EPOSU 47 və folklorşünaslığa münasibət müsbət mənada dəyişmişdir. Azərbaycan Elmlər Akademiyası əməkdaşları cı illərdə Kitabi-Dədə Qorqud, Koroğlu eposlarını, eləcə də Azərbaycan məhəbbət dastanları, nağıllar, qaravəllilər, lətifələr, atalar sözləri, bayatılar, əfsanə və rəvayətlərdən ibarət topluları təkrar-təkrar nəşr etdirmişlər. O illərdə M.H.Təhmasib, seafoodplus.infov, seafoodplus.infoı və b. alimlərimizin folklorşünaslıq sahəsində sanballı elmi əsərləri ortaya çıxmışdır. Heydər Əliyevin ci ildə Aşıq Ələsgərin illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam Qərbi Azərbaycanın (İrəvan Çuxurunun, Vedibasarın, Göyçənin, Zəngəzurun və s.) tarixi-mədəni irsinin məhz Azərbaycan xalqına mənsubluğunun rəsmən bəyan edilməsi olmuş və bu irsə sahib çıxmağımız üçün bir işarə mahiyyəti daşımışdır. Bu sərəncamla bağlı Azərbaycanda, Ermənistanda və SSRİ-nin paytaxtı Moskvada keçirilən rəsmi tədbirlər indi Ermənistan adlandırılan torpaqlardakı tarixi və mədəni irsə xalqımızın və dövlətimizin haqlı iddiasının əsasını qoymuşdur. Bu sərəncam təkcə Aşıq Ələsgər irsinin deyil, Qərbi Azərbaycandakı aşıq mühiti və onun görkəmli nümayəndələrinin (Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Növrəs İman, Aşıq Məmmədhüseyn və b.) poetik irsinin toplanması və tədqiqi işində müstəsna rol oynamışdır. Heydər Əliyev Aşıq Ələsgərin yubiley tədbirlərinin ardınca ci ildə Aşıq Alının illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Heydər Əliyevin bu kimi sərəncamları Ermənistan rəhbərliyini Göyçədə yubiley tədbirləri keçirməyə, böyük sənətkarlarımıza abidələr ucaltmağa məcbur etmişdir. Heydər Əliyev Novruz ənənələrinin, Qurban və Ramazan kimi dini bayramların dirçəldilməsində, rəsmi dövlət bayramları elan olunmasında tarixi rol oynamışdır ci illər bir çox tədbirlərlə yanaşı, həm də Novruzun dövlət səviyyəli bayram kimi qeyd olunması ilə yadda qalmışdır cu ildə Heydər Əliyevin göstərişi ilə İçərişəhərdə təşkil olunan Novruz şənliyi Azərbaycan televiziyası ilə canlı yayımlanmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev azərbaycançılığı milli dövlətimizin əsas ideologiyası elan etmişdir. Dünya Azərbaycanlılarının I Qurultayının təşəbbüskarı olan Heydər Əliyev həmin qurultaydakı məşhur nitqində (10 noyabr ci il) azərbaycançılığın əsas prinsiplərini bəyan etmiş və bu ideyanı dünya azərbaycanlılarını birləşdirən başlıca ideya kimi səciyyələndirmişdir. Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik ənənələri və tarixi keçmişimizlə sıx bağlı olmasını mühüm bir şərt kimi irəli sürmüşdür. Heydər Əliyev milli ideologiyanın formalaşmasında mədəni irsin, xüsusən şifahi və yazılı ədəbiyyatın əhəmiyyətini həmişə önə çəkmişdir. Heydər Əliyevin elm və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlər ona xas sistemlilik, ardıcıllıq və gələcəyə hesablanması ilə seçilmişdir. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən bir il sonra cü ildə Azərbaycan folklorşünaslığı üçün yaddaqalan hadisə baş vermiş, Azərbaycan Milli Elmlər Akademiyasında xüsusi statuslu qurum Folklor Sarayı Elmi-Mədəni Mərkəzi yaradılmışdır. Bu həmin qurumdur ki, cü ildə Heydər Əliyevin tövsiyəsi ilə Folklor İnstitutuna çevrilmişdir.

48Hacıyev. Dədə Qorqud: dilimiz və düşüncəmiz; Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud; seafoodplus.infoa. Sirr içində dastan və yaxud gizli Dədə Qorqud 2; N.Cəfərov. Eposdan kitaba; seafoodplus.infoayev. Kitabi-Dədə Qorqud un poetikası; O.Əliyev. Kitabi-Dədə Qorqud və Azərbaycan folkloru; seafoodplus.info Kitabi-Dədə Qorqud : arxaik ritual semantikası və s.) işıq üzü görmüşdür. AMEA Folklor İnstitutunda rüblük Dədə Qorqud jurnalının nəşrə başlaması isə folklorşünaslar üçün mühüm töhfə olmuşdur. Həmin jurnal Heydər Əliyevin Kitabi-Dədə Qorqud eposunun öyrənilməsinə və təbliğinə marağın artırılması barədə tövsiyə və tapşırıqlarının bəhrəsi kimi ortaya çıxmışdır. Heydər Əliyevin Kitabi- Dədə Qorqud eposunun illik yubileyi ilə bağlı tarixi fərmanı bu epos haqda, bu eposun meydana gəlmə dövrü, ideya-bədii xüsusiyyətləri və dili haqda yenidən düşünüb-daşınmaq zərurəti yaratdı. Kitabi- Dədə Qorqud eposunun illik tarixini qeyd etmək Azərbaycan ədəbi dilinin illik tarixini qeyd etmək demək idi. Bu, o demək idi ki, Azərbaycan ədəbiyyatında türkdilli ədəbi əsərlərin tarixinin ən azı VII əsrdən başladığını söyləməyə əsas var. Heydər Əliyev heç də təsadüfən qeyd etmirdi ki, bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır. Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan Kitabi-Dədə Qorqud ildir ki, yaşayır. Əgər ildən də öncə Kitabi- Dədə Qorqud dastanlarının yaranması üçün xalqlarımızın nə qədər səylər qoyduğunu və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqlarımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır [2]. Kitabi-Dədə Qorqud un illiyi ilə bağlı tarixi fərman bir tərəfdən bu eposun ilk rüşeymlərinin VII əsrdə yaranmasını diqqət mərkəzinə çəkirdisə, digər

49 HEYDƏR ƏLİYEV VƏ KİTABİ-DƏDƏ QORQUD EPOSU 49 tərəfdən hansı coğrafiyanın eposda daha qabarıq görünməsinə diqqəti yönəldirdi. Kitabi-Dədə Qorqud un nə dərəcədə Azərbaycan, nə dərəcədə ümumtürk, nə dərəcədə dünya mədəni hadisəsi olması Heydər Əliyevin eposa dair mülahizələrində xüsusi yer tuturdu: Dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə həmişəlik daxil olmuş Kitabi-Dədə Qorqud dastanının Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq onun illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi məqsədilə Kitabi-Dədə Qorqud dastanının illiyi haqqında fərman imzaladım [1,12]. Dünya miqyaslı mənəvi sərvət olan Kitabi- Dədə Qorqud un yalnız Azərbaycan xalqının yox, bütövlükdə türk xalqlarının mədəniyyətinin təbliğində mühüm əhəmiyyət daşıdığını, türk xalqlarının mədəni birliyində xüsusi rol oynadığını ciddi şəkildə nəzərə aldığına görədir ki, Heydər Əliyev illik yubiley tədbirini Türkdilli Dövlətlər Birliyinin VI Bakı Zirvə görüşü ilə eyni vaxtda keçirilməsini daha məqsədəuyğun hesab etdi: Dünən Türkdilli Dövlətlər Birliyinin VI Bakı Zirvə görüşü öz işini uğurla sona çatdırdı. Biz bu Zirvə görüşündə Türkdilli Dövlətlər Birliyi yaranan vaxtdan keçmiş 8 il ərzində gördüyümüz işləri təhlil etdik, ona nəzər saldıq və böyük nailiyyətlər əldə etdiyimizi bildirdik. Təbiidir ki, Türkdilli Dövlətlər Birliyinin yaranması, Türk dünyasında, bizim xalqlarımızın hər birinin həyatında tarixi hadisə olmuşdur. Amma 8 il ərzində onun yaşaması, inkişaf etməsi, genişlənməsi bu birliyin yaranmasının bir tərəfdən nə qədər zəruri olduğunu nümayiş etdirirdi, ikinci tərəfdən də bu birliyin bizim xalqlarımız üçün gələcəkdə nə qədər gərəkli olduğunu göstərdi Bu gün biz hamımız VI Zirvə görüşünü uğurla başa çatdıraraq, xalqlarımızın müştərək abidəsi olan Kitabi-Dədə Qorqud un yubileyinə toplaşmışıq. Bu yubileyi daha da çox əhəmiyyətli edən, onun səviyyəsini qaldıran odur ki, biz onu türkdilli dövlətlərin başçıları ilə birlikdə keçiririk [2] il əvvəl yaranması xüsusi olaraq diqqətə çatdırılan, Azərbaycan xalqı ilə yanaşı, digər türk xalqlarının də ədəbi abidəsi kimi təqdim edilən Kitabi-Dədə Qorqud a beynəlxalq səviyyədə yubiley keçirmək, Heydər Əliyevin qənaətinə görə, bu eposu layiqincə öyrənməyin və tanıtmağın mühüm bir vasitəsi idi. Yubileyə hazırlıq işlərinin başladığı ci il, yubileyin keçirildiyi ci il Azərbaycan üçün ictimai-siyasi və iqtisadi baxımdan heç də asan illər deyildi. Çətinliyi dərindən dərk edən Heydər Əliyev Kitabi-Dədə Qorqud un illik yubileyinin keçirilməsini çox vacib sayırdı: Bəziləri var ki, deyirlər: Belə yubileylərin keçirilməsi nəyə lazımdır? Hətta bəyan edirlər ki, Bu, keçmiş sovet sisteminin yaratdığı adət-ənənədir və biz bundan imtina etməliyik. Bəziləri deyirlər ki, ölkəmizin ərazisinin 20 faizi işğal olunduğu zaman, işğal edilmiş ərazilərdən bir milyon vətəndaşı didərgin düşüb, qaçqın və köçkün vəziyyətində çadırlarda ağır şəraitdə yaşadığı bir zaman, bir çox iqtisadi çətinliklərlə rastlaşdığımız zaman belə təntənələrin, belə yubileylərin keçirilməsi nəyə lazımdır?.. Belə yubileylərin hazırlanması, keçirilməsi bizim xalqımız üçün, millətimiz üçün olduqca vacibdir və lazımdır. Bunlar bizim vətəndaşlarımıza, azərbaycanlılara, bu gün yaşayanlara və gələcək nəsillərə göstərir ki, biz kimik, hardan gəlmişik, hardayıq, hara gedirik.

50 50 MUXTAR İMANOV Biz, beləliklə, özümüz öz varlığımızı, öz milli köklərimizi dərk edirik [3]. Bu sözlərdən bir daha aydın olur ki, Heydər Əliyev ağır bir durumda olan ərazisizinin 20 faizi işğal edilən, bir milyon vətəndaşı qaçqın və köçkün vəziyyətinə düşən Azərbaycanı böhrandan çıxarmağın mühüm yollarından birini milli şüurun gücləndirilməsində, xalqda özünəinam hissinin dərinləşdirilməsində görürdü. Bu yolda Kitabi-Dədə Qorqud eposunun təlqinedici gücü əvəzsizdir. Heydər Əliyevin müdrikcəsinə milli varlığımızın mötəbər qaynağı adlandırdığı Kitabi- Dədə Qorqud da milli özünüdərk ideyası hər hansı başqa dastanımızla müqayisə edilməyəcək dərəcədə qabarıqdır. Kitabi-Dədə Qorqud da dövlətçilik düşüncəsinin nə qədər qabarıq ifadə olunduğunu Oğuz eli ifadəsinin bu eposda daşıdığı məna yükündən də bilmək olur. Aydın olur ki, el (il) sözü qədim türk dilindəki budun (bodun) sözü ilə heç də hər məqamda eyni mənada işlənmir. Budun adlanan toplum siyasi cəhətdən müstəqil ola da bilər, olmaya da bilər. El adlanan toplum isə siyasi cəhətdən müstəqil olan toplumdur və onun göz bəbəyi kimi qorunan ərazisi, sərhədləri vardır. El sözü Kitabi-Dədə Qorqud da da məhz bu mənada işlənir. Kitabi-Dədə Qorqud da el sözünün siyasi müstəqillik bildirməyinin bir göstəricisidir ki, Oğuz eli ifadəsi Oğuz cəmiyyəti mənası ilə bərabər, Oğuz vətəni, Oğuz dövləti mənalarını da daşıyır. Yəni Oğuz eli ifadəsi altında dastançı xalq adlı sosial qurumun, vətən adlı coğrafi məkanın və hakimiyyət adlı siyasi qurumun vəhdətini nəzərdə tutur, bu vəhdətin pozulmazlığını məhz siyasi müstəqillikdə, başqa dövlətlərdən asılı olmamaqda görür. Siyasi müstəqillik, Oğuz elinin başqa dövlətlərdən asılı olmaması Kitabi-Dədə Qorqud da taleyüklü məsələ kimi təqdim olunur, Oğuz igidləri, hətta bütövlükdə, Oğuz cəmiyyəti kişili-qadınlı, qocalı-cavanlı xalq, vətən və dövlət yolunda ölüm-dirim savaşına atılırlar. Kitabi-Dədə Qorqud da dövlətçilik düşüncəsinin qabarıq əks olunmasına əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulayır: Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Məhz bu baxımdan Kitabi-Dədə Qorqud ensiklopediyası ilk növbədə gənc nəslə ünvanlanan bir kitabdır [1,6] illik yubiley tədbirinə qədərki mühüm addımlar sırasında Kitabi-Dədə Qorqud ensiklopediyasını xüsusi qiymətləndirərkən Heydər Əliyev həmin ensiklopediyanın da başlıca dəyərini Kitabi- Dədə Qorqud eposunun özü ilə birlikdə dövlət müstəqilliyimizə yardımçı olmaqda görür. Xalqa, torpağa, dövlətə bağlılığın ön plana çıxarılması, qəhrəmanlığın xalq qəhrəmanlığı səviyyəsinə qaldırılması Kitabi-Dədə Qorqud eposunda Heydər Əliyevin diqqətini cəlb edən başlıca ideya istiqamətlərindən biridir: Kitabi-Dədə Qorqud qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında epos yox,

51 HEYDƏR ƏLİYEV VƏ KİTABİ-DƏDƏ QORQUD EPOSU 51 bütöv xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir. Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir. Ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqımızın qarşısında duran ən ümdə problemlərin həlli, o cümlədən respublikanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması baxımından müasir Azərbaycan Respublikası vətəndaşlarının bu qəhrəmanlıq ideologiyasından faydalanmasının nə dərəcədə vacib olduğu gün kimi aydındır [1,6]. Müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında Kitabi-Dədə Qorqud un təlqinedici rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu eposun öyrənilməsində folklorşünasların qarşılaşdığı çətinliklərdən bəhs etməyi də vacib sayır cu illərin sonlarında Əmin Abid kimi qorqudşünasların repressiya qurbanı olduğunu xatırladan Heydər Əliyev Kitabi-Dədə Qorqud a qarşı siyasi hücumların cu illərin sonlarından etibarən yenidən kəskin şəkil almasını xüsusi olaraq qeyd edir: Ədəbiyyata və incəsənətə qarşı yönəldilmiş məşhur Jdanov qərarları nın ab-havasına uyğun olaraq, Kitabi-Dədə Qorqud a qarşı hücumlar başladı Kitabi-Dədə Qorqud eposunun ümumən xalq eposu olmadığı bildirildi və bu eposu yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq şüarları səsləndi. Görkəmli Azərbaycan alimləri Həmid Araslı və Məmmədhüseyn Təhmasib, akademik Vasili Bartoldun ruscaya çevirdiyi Книга моего Деда Коркуда kitabının ci ildə Bakıda Elmlər Akademiyasında çapı rejimin sərt reaksiyasına məruz qaldı [1,10]. Heydər Əliyev Kitabi-Dədə Qorqud a qarşı siyasi kampaniyanın yalnız Azərbaycanda yox, digər türkdilli respublikalarda da aparıldığını vurğulayaraq deyir: Başqa türkdilli respublikalarda, xüsusən Türkmənistanda Dədə Qorqud un əleyhinə dəhşətli bir təbliğat geniş şəkildə həyata keçirildi. Əslində eposa qadağa damğası vuruldu. Epos bütün tədqiqat planları, tədris proqramları və dərsliklərdən çıxarıldı [1, 10]. Yalnız Azərbaycanda yox, başqa türkdilli respublikalarda da Kitabi-Dədə Qorqud un siyasi rejim tərəfindən yasaq edilməsinin başlıca səbəbi nə idi? Kitabi-Dədə Qorqud a qarşı siyasi kampaniyanın başlıca səbəblərindən biri bu eposun milli kimliyimizi doğru-dürüst nişan verməsi, türk xalqlarının mədəni birliyinə mühüm zəmin yaratması idi. Türk xalqlarının özünüdərk prosesinə mane olmaq xətti tutan siyasi rejim bu xalqların mədəni birliyinə mühüm zəmin ola biləcək Kitabi-Dədə Qorqud kimi ədəbi abidələrə mürtəce əsər damğası vurur, pantürkizm adı altında həmin abidələrin tədqiq və təbliğinin qarşısını almağa çalışırdı. Heydər Əliyevin aşağıdakı sözləri bu acı həqiqətin əsl mahiyyətini bir daha açıb göstərir: ci ilin may ayında Dədə Qorqud un kobud siyasi səhv olduğu partiya yığıncağında rəsmi elan edildi. Bu rəsmi mövqe bildirildikdən sonra eposun xalqa zidd bir əsər olduğu tezisi irəli sürüldü. Həmin partiya yığıncağının hesabatında deyilirdi: Pantürkistlər tərəfindən Azərbaycan ədəbiyyatının qədim abidəsi kimi qələmə verilən Dədə Qorqud eposunun Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir

52 52 MUXTAR İMANOV əlaqəsi yoxdur. Dədə Qorqud da Azərbaycan xalqı üçün yabançı olan həyat tərzi, adət və ənənələr təsvir edilmişdir Eposun ünvanına səslənən ittihamlardan sonra ayrı-ayrı alimlərin mövqeləri kəskin tənqid atəşinə tutuldu. Artıq epos sözünün özü belə dırnaq içərisində işlədilirdi. O dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmurdu ki, orada Dədə Qorqud tənqid olunmasın [1,10]. Heydər Əliyevin əxlaq kodeksimiz, milli estetikamızın mötəbər qaynağı, tariximizin, etnik yaddaşımızın, arxaik təfəkkürümüzün güzgüsü, nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi adlandırdığı Kitabi-Dədə Qorqud kimi ədəbi abidələrin hərtərəfli və dərindən öyrənilməsində dövlət qayğısı əvəzsiz rol oynayır. Bunu ci illər Azərbaycanını əvvəlki onilliklər Azərbaycanı ilə müqayisə etdikdə daha aydın görmək olur ci illərdə Azərbaycanın folklor örnəkləri həm filoloqların, həm filosofların, həm tarixçilərin, həm də etnoqrafların diqqətini daha çox çəkməyə başladı. Daha doğrusu, Kitabi-Dədə Qorqud yalnız tarixçilərin və ədəbiyyatşünasların fundamental, monoqrafik tədqiqat predmeti olmaqla məhdudlaşmadı; dərsliklərə, proqramlara salındı, eləcə də televiziya və radionun efir məkanına daxil oldu. Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş Dədə Qorqud filmi ilə Dədə Qorqud dastanının ekran həyatı başladı. Bu məsələdə Heydər Əliyevin bəzən açıq şəkildə görünən, bəzən də görünməyən müstəsna xidmətləri var idi. Yazıçılar eposa münasibətdə birinci şəxsin doğma münasibətini şəraitdən asılı olaraq, açıq, ya da gizli şəkildə ifadə olunan qayğısını, təəssübünü daim hiss edirdilər [5, 79]. Sovet dövründə Kitabi-Dədə Qorqud un tədqiq və təbliğinə bəzən açıq, bəzən gizli şəkildə qayğı göstərən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin başçısı olarkən bu eposun nəinki hərtərəfli öyrənilməsi və dünyada tanıdılması istiqamətində tarixi xidmətlər göstərdi, eyni zamanda bu eposla bağlı görüləcək işlərə yeni-yeni yollar açdı: Kitabi-Dədə Qorqud özündə böyük elmi, mədəni, mənəvi fikirlər cəmləşdirən abidədir. İndiyə qədər Kitabi-Dədə Qorqud un öyrənilməsi və bugünkü nəsillərə çatdırılması yolunda xeyli iş görülübdür Ona görə də mən Kitabi-Dədə Qorqud un tədqiqi, təbliği ilə məşğul olmuş alimlərimizə, yazıçılarımıza, bütün vətəndaşlarımıza təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar öz elmi işlərini bundan sonra da davam etdirəcəklər. Kitabi-Dədə Qorqud dastanının hələ açılmayan səhifələri, hələ bu günə qədər məlum olmayan fikirləri bundan sonra aşkar ediləcək, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinə və bütün türk dünyasına çatdırılacaqdır. Heydər Əliyevin arzu və istəklərinə uyğun olaraq, Kitabi-Dədə Qorqud un yeni-yeni sirlərinin açılması istiqamətində araşdırmalar davam etdi, dövlət səviyyəsində atılan addımlar, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ci ildə Kitabi-Dədə Qorqud un elm aləminə məlum olmasının, ilk tərcümə və nəşr edilməsinin illiyi ilə bağlı olaraq imzaladığı sərəncam bu eposa yenidən qayıtmaq və onu dünyaya tanıtmaqda müstəsna rol oynadı.

53 HEYDƏR ƏLİYEV VƏ KİTABİ-DƏDƏ QORQUD EPOSU 53 ƏDƏBİYYAT 1. Heydər Əliyev. Milli varlığımızın mötəbər qaynağı// Kitabi-Dədə Qorqud ensiklopediyası, I cild. Bakı, Yeni Nəşrlər Evi, Milli-mənəvi dəyərlərimizə, xalqımızın çoxəsrlik tarixinə hörmət, ehtiram bayramı // Respublika Sarayında Kitabi-Dədə Qorqud dastanının illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. Azərbaycan qəzeti, 11 aprel ci il. 3. Kitabi-Dədə Qorqud dastanının illik yubileyi şərəfinə// Gülüstan Sarayında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. Xalq qəzeti, 12 aprel ci il. 4. Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq haqqında kəlamları. Naxçıvan, Cəlal Qasımov. Heydər Əliyev və Kitabi-Dədə Qorqud //Heydər Əliyev irsi və Azərbaycan folklorşünaslığının aktual problemləri. Bakı, Nurlan, Гейдар Алиев и эпос «Китаби-Деде Горгуд» Резюме Мухтар Иманов Видный государственный деятель Гейдар Алиев, с характерными для его деятельности системностью, последовательностью, точным расчётом на будущее, принимал меры, направленные на развитие науки и культуры. Принимая во внимание незаменимую роль фольклора в самосознании народа, укреплении его привязанности к национальным корням Гейдар Алиев подписал исторический указ о проведении летнего юбилея эпоса «Китаби-Деде Горгуд». Этот указ выявил необходимость вновь задуматься об эпосе «Китаби-Деде Горгуд» и об эпохе его создания. В своих выступлениях, посвящённых дастану «Китаби-Деде Горгуд»,заостряя особое внимание на его создании в VII веке, отмечая, что наряду с азербайджанским народом дастан является литературным памятником и других тюркоязычных народов, Гейдар Алиев считал особенно важным более подробно остановиться на вопросе эпоса и национальной государственности. Опираясь на яркое выражение в «Китаби- Деде Горгуд» идеи политической самостоятельности и независимости страны огузов от других государств, Гейдар Алиев особо отмечал непревзойдённую важность эпоса в деле сохранения и ещё большего укрепления политической независимости Азербайджана. Гейдар Алиев в своих выступлениях, посвящённых «Китаби -Деде Горгуд», называя его «кодексом чести», «надёжным источником национальной эстетики», «зеркалом истории, этнической памяти, архаического мышления», «песнью речи, языка, нравственного духа», обратил внимание на неоткрытые страницы, неизученные вопросы дастана и тем самым открыл дорогу для будущих исследований, связанных с этим дастаном.

54 54 MUXTAR İMANOV Ключевые слова: Гейдар Алиев, «Китаби-Деде Горгуд», эпос, сознание государственности, государственная независимость, этническая память. Mukhtar Imanov Heydar Aliyev and the Epic The Book of Dada Gorgud Abstract Outstanding statesman Heydar Aliyev worked to develop science and culture with his characteristic consistency, logic and care. Aware of the irreplaceable role of folklore in strengthening national roots and national consciousness, Heydar Aliyev signed a historic decree on celebrating the th anniversary of the epic The Book of Dada Gorgud. That decree prompted the need to rethink The Book of Dada Gorgud and the era in which it was created. In his speeches on The Book of Dada Gorgud, Heydar Aliyev drew attention to its creation in the 7 th century and described the epic as a literary monument not only of the Azerbaijani people, but of other Turkic peoples, too. He considered it especially important to dwell in more detail on the question of the epic and national statehood. Referring to the book s clear expression of the ideal of the political independence of the Oghuz from other states, Heydar Aliyev especially stressed the unrivalled importance of the epic in reinforcing and maintaining the political independence of Azerbaijan. In his speeches about The Book of Dada Gorgud, Heydar Aliyev described it as our moral codex, an authoritative source of our national aesthetics, the mirror of our history, ethnic memory and archaic thinking, and a song of the soul, morality, speech and language, and drew attention to issues yet to be studied, opening the way to new research into the epic. Key words: Heydar Aliyev, The Book of Dada Gorgud, epic, statehood, thought, independence, ethnic memory.

55 T Ü R K O L O G İ Y A ƏRTEGİN SALAMZADƏ (Azərbaycan) HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN BƏDİİ MƏDƏNİYYƏTİ Xülasə Məqalədə Heydər Əliyevin ci illərdə mədəni siyasəti nəzərdən keçirilir. H.Əliyevin Azərbaycan memarlığı, təsviri sənəti, xalq yaradıcılığı, musiqi və teatr sənətinin inkişafındakı fəaliyyəti təhlil olunur, Azərbaycan mədəni irsinin xaricdə təbliği sahəsində rolu vurğulanır. Ümummilli liderin mədəni irsin qorunmasında, mədəniyyət və incəsənət sahəsində qanunvericilik bazasının yaradılmasında xidmətləri xüsusi qeyd olunur. Açar sözlər: Heydər Əliyev, mədəni siyasət, Azərbaycan incəsənəti, mədəni irs, qanunvericilik bazası. Bu il Azərbaycan dövləti, bütün Azərbaycan xalqı, ziyalılar, elm, mədəniyyət və incəsənət xadimləri Ulu öndərimizin anadan olmasının 94 illiyini böyük təntənə ilə qeyd edir. Dövlətimizin qurucusu, memarı olan Heydər Əliyevin digər sahələrlə yanaşı, mədəniyyət və incəsənət sahəsindəki misilsiz fəaliyyəti nəinki Azərbaycanı, hətta bütün keçmiş sovet məkanını əhatə etmişdir. Ümummilli liderin dünyasını dəyişməsindən artıq 14 ilə yaxın zaman keçib. Lakin o, hər zaman olduğu kimi, bu gün də bizimlədir. İllər keçdikcə hər bir tarixi hadisə, mədəniyyətin hər bir fenomeni cəmiyyət tərəfindən hərtərəfli dərk olunur, daha da dərin təhlil edilib obyektiv qiymətləndirilir. Doğrudan da, ictimai və bədii proseslərin obyektiv işıqlandırılması üçün müəyyən zaman kəsiyinin keçməsi gərəkdir. Tarixi və mədəni hadisələrdən məsafəcə uzaqlaşdıqca müşahidəçi, tədqiqatçı alim onların arasından ən vaciblərini seçib, dövrün əsas inkişaf təmayülü kimi araşdırır, ümumiləşdirir. XX-XXI əsrlərin kəsişməsində Azərbaycan cəmiyyəti, Azərbaycan mədəniyyəti tarixində Heydər Əliyevin taleyüklü rolu məhz bu baxımdan işıqlandırılmaq üçün alimlərə hərtərəfli əsas verir. İncəsənətin inkişafında onun göstərdiyi səylər Ulu öndərimizin dövlət başçısı kimi fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Heydər Əliyev incəsənət və mədəniyyətin inkişaf proseslərinin istedadlı təşkilatçısı, incəsənət xadimlərinin yaxın dostu, yüksək zövqlü məsləhətçisi, həm də Vətəndən kənarda Azərbaycan incəsənətinin ən fəal təbliğatçısıdır. Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü. [email protected]

56 56 ƏRTEGİN SALAMZADƏ Bu gün heç kəs inkar edə bilməz ki, cı illər Azərbaycan bədii mədəniyyətinin, bütün incəsənət növlərinin inkişafında, həqiqətən də, yüksəliş dövrü olmuşdur. Bu dövrü sözün tam və əsl mənasında Azərbaycan incəsənətinin İntibahı adlandırmaq olar. Memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr və kino sahəsində milli bədii məktəblər təşəkkül tapmış, mühüm incəsənət əsərləri yaradılmış, bütün bu sahələri əhatə edən milli bədii təhsil sistemi bərqərar olmuş, Azərbaycan incəsənətinin parlaq nailiyyətləri dünyanın bir çox ölkələrində yüksək peşəkar səviyyədə təmsil olunmuşdur. Bu dövrdə Azərbaycanın şəhərlərində böyük yaşayış kompleksləri, müxtəlif tipli ictimai binalar, sənaye və nəqliyyat obyektlərinin tikilişi xüsusilə nəzərə çarpırdı. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir. Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir ictimai binalar ucaldılmışdır. Bunların tam əksəriyyəti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilərək tikilmişdir. Bakının gözəl guşələrindən birində yerləşən, xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgahın müəllifi memar Rasim Əliyev xatırlayır ki, burada aparılan işlər zamanı Heydər Əliyev tikintiyə həftədə azı iki dəfə gəlir, tikintinin problem və çətinlikləri ilə şəxsən tanış olurdu. Hələ işin layihə mərhələsində o, binanın memarlıq planında otaqların beynəlxalq diplomatik fəaliyyətin tələblərinə uyğun olaraq, yerləşdirilməsi məqsədilə memarlara əsaslı göstərişlər seafoodplus.info üçün zəruri olan müxtəlif tikinti materiallarının xarici ölkələrdən Bakıya gətirilməsi yalnız Heydər Əliyevin göstərişi və təşkilatçılıq qabiliyyəti sayəsində mümkün olmuşdu. Binanın ətrafında salınmış park zonası üçün Heydər Əliyev hətta ağac növlərini belə özü seçmişdi. Bir sözlə, iqamətgahın yaradılmasında Heydər Əliyevin memarlıq istedadı və beynəlxalq siyasi təcrübəsi üzvi sintez halında təzahür etmişdir. Çəkdiyimiz bu misal çox səciyyəvi olsa da, Heydər Əliyevin memarlıqla bağlı geniş fəaliyyətinin yalnız az bir hissəsi haqqında təsəvvür verir. Məlum olduğu kimi, Heydər Əliyev hələ II Dünya müharibəsindən öncə o zamankı Sənaye İnstitutunun tərkibində olan Memarlıq fakültəsinə daxil olmuşdu. Təkcə onu qeyd edək ki, nəzərdən keçirdiyimiz dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük uzaqgörənliklə həll etmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bugünkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır cı illərdə Bakıda və Azərbaycanın digər şəhərlərində Vətənimizin dövlət, mədəniyyət və incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra gözəl heykəltəraşlıq abidələri ucaldılmışdır. Onların əksəriyyəti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. İ.Nəsimi, seafoodplus.infolı, seafoodplus.infoğun, M.Hüseynzadə və başqalarının şərəfinə ucaldılmış heykəllər buna gözəl nümunələrdir. Monumental incəsənət ilə yanaşı, Ulu öndər Heydər Əliyev incəsənətin

57 HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN BƏDİİ MƏDƏNİYYƏTİ 57 inkişafını istiqamətləndirən direktiv sənədlərdə, çıxışlarında, bədii ictimaiyyətin nümayəndələri ilə görüşlərində təsviri sənətə və klassik bədii irsimizə, miniatür sənətinə də həmişə böyük diqqət yetirmişdir. Onun təsviri sənət haqqında söylədiyi fikirlər, ayrı-ayrı sənət ustalarının ünvanına göndərdiyi məktublar müasir estetik fikrimizin mühüm sənədləri və XX əsr Azərbaycan incəsənəti tarixinin öyrənilməsi üçün dəyərli mənbələr kimi əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyevin məruzə və çıxışlarında Azərbaycan incəsənətinin, onun inkişafının ən mürəkkəb problemləri öz əksini tapmışdır. O xüsusən XX əsr Azərbaycan incəsənətinin təşəkkülü, yaradıcılıq potensialı, yeni növ və janrlarının formalaşması problemlərini peşəkar sənətşünas səviyyəsində təhlil edirdi. Heydər Əliyevin tərcümeyi-halından və çıxışlarından yaxşı məlumdur ki, hələ məktəbdə oxuyarkən o, rəssamlığa böyük həvəs göstərmiş, orta məktəbi bitirdikdən sonra isə yuxarıda qeyd etdiyimiz kimi, memarlıq ixtisası üzrə ali məktəbdə oxumuşdur. Lakin memarlıq təhsilini bitirmək ona qismət olmadı. Əvəzinə isə Heydər Əliyev bütün Azərbaycan dövlətinin memarı taleyini yaşamışdır. Ona görə də Ulu öndərimizin incəsənət mövzusuna və Azərbaycan incəsənətinin inkişaf problemlərinə daimi marağı təbiidir. Onun fitri istedadı illər keçdikcə peşəkar sənətşünaslıq səviyyəsinə yüksəlmişdi. Qeyd etdiyimiz xüsusiyyət yalnız memarlıq və təsviri sənət sahəsində deyil, musiqi, teatr və kino sahələrində də özünü aşkar büruzə verir. Azərbaycan incəsənətinin yüksək nailiyyətlərini təbliğ etmək və inkişaf etdirmək sahəsində Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş görkəmli rəssam, bəstəkar, teatr və kino xadimlərinin yubiley tədbirləri və gecələrinin əhəmiyyəti olduqca böyükdür. Hər hansı bir sahəyə aid bu cür tədbirlərin keçirilməsi həmişə həmin sənət növünün inkişafında yeni bir mərhələ olaraq onun tədqiqi üçün yeni imkanlar açmışdır cı illərdə Azərbaycan bədii mədəniyyətinin bütün sahələrinin inkişafı, bu prosesdə Heydər Əliyevin bilavasitə iştirakı Azərbaycan sənətşünaslıq elminin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Məhz bu dövrdə şəhərsalma, memarlıq, təsviri və dekorativ-tətbiqi sənətlər, musiqi, teatr və kino sənətlərini əhatə edən qiymətli sənətşünaslıq əsərləri nəşr edilmişdi cü ildə sənətşünaslığımızın tarixində ilk dəfə olaraq Azərbaycan incəsənəti tarixi adlı üçcildlik fundamental əsər üzərində iş başlanmış, cı illərin ortalarında Azərbaycan incəsənətinin bütün inkişaf mərhələlərini əhatə edən tarixi yaradılmışdır. Yeni zamanın, müstəqillik dövrünün mühüm əlaməti keçmişə, tariximədəni irsə münasibətin kökündən dəyişilməsidir. Tarixi irs sadəcə muzey eksponatı olmaqdan çıxaraq, mədəni şüurun aktual məzmununa çevrilib. Bu məqamda cəmiyyət ənənəvi dəyərləri dərk edərək milli, etnik identifikasiya mənbəyi tapır. İctimai şüurda bu kimi müsbət dəyişikliklərin baş verməsini birbaşa Heydər Əliyev şəxsiyyəti ilə bağlamaq lazımdır. Onun hakimiyyəti illərində mədəni irsin qorunması naminə qanunvericilik və institusional baza yaradılmış, bir sıra tariximədəni abidələrin bərpası ilə bağlı tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərmanlarına əsasən, Mədəniyyət haqqında (), Tarix və mədəniyyət abidələrinin qorunması haqqında (),

58 58 ƏRTEGİN SALAMZADƏ Kinematoqrafiya haqqında (), Muzeylər haqqında (), Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında () və s. qanunlar qüvvəyə minib. Azərbaycan Nazirlər Kabineti tərəfindən ci il avqustun 2-də dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısı təsdiqlənib. Hələ Sovet dövründə respublikaya rəhbərlik edən H.Əliyev uzun müddət mədəni irsimizin taleyini müəyyənləşdirən irəliyə doğru addım atmışdır. Onun təşəbbüsü ilə ci il avqustun da Azərbaycan SSR Nazirlər Sovetinin Bakı şəhərindəki İçərişəhər in, eləcə də Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-memarlıq qoruqları elan edilməsi haqqında qərar qəbul edilib. Bu sənədin əhəmiyyətini layiqincə qiymətləndirmək çətindir. O, bu qərarlar ilə artıq müstəqillik illərində qəbul ediləcək və həyata keçiriləcək mədəni irsin qorunması proqramlarının əsasını qoymuşdu cı illərin əvvəlləri arasındakı müddətdə H.Əliyev Azərbaycan memarlığının bir sıra ən dəyərli abidələrinə şəxsən səfər edir, proqram çıxışları ilə orada toplaşanlara müraciət edirdi. Belə tədbirlər sırasında cı ilin oktyabrında Naxçıvandakı Möminə xatun türbəsinin, ci ilin mayında Gəncədə böyük şair Nizami Gəncəvi məqbərəsi kompleksinin, ci ilin noyabrında Şəkidə Dövlət Tarix-Memarlıq qoruğununun və s. ümummilli lider tərəfindən ziyarət edilməsini qeyd etmək lazımdır. Ümummilli liderin təşəbbüsü ilə Azərbaycanın abidələrinin UNESKO-nun Dünya mədəni irsi siyahısına daxil edilməsi prosesi başlayır. Onlardan birincisi - İçərişəhər Tarixi-Memarlıq qoruğu ci ildə UNESKO-nun siyahısına daxil edilib. Ardınca UNESKO-nun Baş Assambleyası bu siyahıda Qobustan Tarix- Mədəniyyət qoruğunu təsdiq edib cü ildən başlayaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın qeyri-maddi mədəni irsinin UNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına təqdim edilməsi prosesi işə salınır. Beləliklə, ci illərdə adıçəkilən siyahıya muğam, tar musiqi aləti, aşıq sənəti və xalça sənəti daxil edilmişdir. Heydər Əliyev və İlham Əliyevin mədəniyyət siyasəti sahəsində apardıqları inkişaf estafeti qəribə ahənglə, bir çox hallarda əlamətdar hadisələr, qanunauyğun təsadüflərlə zəngindir. Təkcə bir misal çəkək ci ilin noyabrında ümummilli lider Heydər Əliyev Şəkidə Tarix-mədəniyyət qoruğuna səfəri zamanı Şəki sakinlərinə müraciət edərək demişdi: Mənə elə gəlir ki, Şəki muzeydir. Bu memarlıq abidələri insanların gərgin zəhməti, onların böyük istedadı hesabına yaranıb. Mənim ürəyimdə Şəkinin öz yeri var, şəkililərə daima xüsusi məhəbbətlə yanaşmışam və bu gün də eyni münasibət bəsləyirəm. Gördüyünüz kimi, mənim hislərim irsən oğluma da keçib [1, 98]. Prezident İlham Əliyev cı ildə Şəkiyə səfər edir və sonra ci ilin avqustunda Şəkixanovlar Evinin onun göstərişi ilə həyata keçirilən bərpasından sonra binanın açılış mərasimində iştirak edir. XVIII əsr Azərbaycan memarlığının

59 HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN BƏDİİ MƏDƏNİYYƏTİ 59 bu incisi bundan əvvəl bir dəfə də olsun bərpa və təmir edilməmişdi. İndi burada binanın tam tarixi siması qorunaraq kompleks bərpa işləri həyata keçirilmişdir. Həmçinin binanın pəncərə oyuqlarını bəzəyən şəbəkə kompozisiyaları da bərpa olunub. Ümumilikdə, Şəki ərazisində mühafizə tədbirlərinə xüsusi ehtiyacı olan 84 dünya, respublika və yerli əhəmiyyətli memarlıq abidəsi yerləşir. Ona görə də bu yaxınlarda, 19 yanvar ci il tarixində Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında sərəncam imzalayıb. Heydər Əliyevin incəsənət və memarlıq sahəsində irsi Azərbaycan sənətşünasları tərəfindən tədqiq olunur, öyrənilir. AMEA Memarlıq və İncəsənət İnstitutunda Heydər Əliyev və Azərbaycan incəsənəti () kitabı nəşr olunmuş, cü ilin may ayında Heydər Əliyev və Azərbaycan incəsənəti Respublika elmi konfransı keçirilmiş, Ulu öndərimizin anadan olmasının 90 illiyinə həsr edilmiş İncəsənət və mədəniyyətin problemləri beynəlxalq elmi jurnalının xüsusi buraxılışı işıq üzü görmüşdür. Hal-hazırda isə İnstitutda Ulu öndərin anadan olmasının 95 illiyinə həsr olunacaq Heydər Əliyev obrazı Azərbaycan təsviri sənətində yubiley nəşri hazırlanır. İncəsənət və mədəniyyət sahəsində Heydər Əliyev dərsi, onun bizə vəsiyyəti nədən ibarətdir? Bu vəsiyyət yalnız qədim bədii ənənələrin qorunması və müasir mədəniyyətin inkişaf etdirilməsindən ibarət deyil. Onun əhəmiyyəti, mənası daha da geniş, daha da dərindir. Bugünkü qlobal dünyada milli mədəniyyətlər əhalinin sayına, ölkələrin ərazilərinə, hətta dövlətlərin hərbi gücünə görə təmsil olunmur. Millətlər beynəlxalq məkanda istehsal etdikləri informasiya məhsullarının həcminə görə təmsil olunurlar. İncəsənət və mədəniyyət isə ən güclü informasiya mənbəyidir. İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 1. Heydər Əliyev və mədəni irs. B., Эртегин Саламзаде Гейдар Алиев и азербайджанская художественная культура Резюме В статье рассматривается культурная политика Гейдара Алиева в годах. Анализируется его деятельность в области развития азербайджанской архитектуры, изобразительного искусства, народного творчества, музыки и театра. Подчеркивается роль Гейдарa Алиева в пропаганде культурного наследия Азербайджана за рубежом. Особо отмечаются заслуги общенационального лидера в сохранении куль-

60 60 ƏRTEGİN SALAMZADƏ турного наследия, а также его роль в создании законодательной базы в области культуры и искусства. Ключевые слова: Гейдар Алиев, культурная политика, азербайджанское искусство, культурное наследие, законодательная база. Heydar Aliyev and the Art Culture of Azerbaijan Abstract Artagin Salamzade This article considers the cultural policy of Heydar Aliyev from the s to the early s. It analyses his work to develop Azerbaijani architecture, fine art, folk art, music and theatre. The role of Heydar Aliyev in promoting Azerbaijani cultural heritage abroad is also highlighted. The article notes the National Leader s record in preserving cultural heritage and his role in creating a legislative basis in the field of culture and art. Key words: Heydar Aliyev, cultural policy, Azerbaijani art, cultural heritage, legislative basis.

61 T Ü R K O L O G İ Y A DİLÇİLİK ЯЗЫКОЗНАНИE LINGUISTICS AYTƏN BAYRAMOVA (Azərbaycan) MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ KƏMİYYƏTİN İFADƏ OLUNMASININ SPESİFİK XÜSUSİYYƏTLƏRİ Xülasə Məqalədə müxtəlifsistemli dillərdə kəmiyyət kateqoriyasının ifadəsinin spesifik xüsusiyyətləri araşdırılır. Dildəki bütün isimlər cəmlənmədiyi üçün kəmiyyət kateqoriyasının tam bir kateqoriya olmaması fikri təqdim olunmuş yazıda irəli sürülür. Bundan başqa, məqalədə qeyd olunur ki, müxtəlifsistemli dillərdə kəmiyyətin ifadə olunmasında müxtəlif xüsusiyyətlər özünü göstərir. Daha sonra tədqiqatda yalnız cəm və ya tək forması olan isimlərin kəmiyyət kateqoriyasının olmamasından və öz leksik mənalarına görə kəmiyyət anlayışından məhrum olmasından danışılır. Məqalədə eyni zamanda Azərbaycan dilində ismin cəm formasının morfoloji yolla ifadəsinə də nəzər salınır. Açar sözlər: kəmiyyət, kəmiyyət kateqoriyası, cəmlik, təklik, qeyri-müəyyənlik. Məntiqi kəmiyyət kateqoriyası idrak prosesinin elə bir mərhələsində meydana gəlmişdir ki, bu mərhələdə insanlar əşya və hadisələrə onların kəmiyyəti nöqteyi-nəzərindən yanaşmağı bacarmışlar və bu, dildə öz ifadəsini qrammatik kəmiyyət kateqoriyasında tapmışdır. İnsanlar əşya və hadisələrə kəmiyyət baxımından yanaşdıqca çoxluğu və ya azlığı əşya və hadisələrin keyfiyyət xüsusiyyəti kimi başa düşmüş, kəmiyyəti əşyaların topluluğunu xarakterizə edən xassələrdən (rəng, forma, ölçü, sayılmazlıq və s.) biri kimi dərk etmişlər. Təsadüfi deyil ki, müasir dillərin bir çoxunda, məsələn ingilis dilində əşyanın sayılan və ya sayılmayan olması nəzərə alınır. Bir çox xalqların dilində cəmlik kateqoriyasındakı topluluğun mücərrəd say mənasından əvvəl yarandığı da qeyd olunur. İnsanlar əşyaların topluluğunu ilkin mərhələdə keyfiyyət kimi başa düşmüş olsalar da, kəmiyyəti dərk etdikdən sonra əşya və obyektlərin bu xüsusiyyətini Azərbaycan, Azərbaycan Dillər Universiteti, Təhsil fakültəsi, dos. [email protected]

62 62 AYTƏN BAYRAMOVA keyfiyyətdən ayırmışlar. seafoodplus.infoova görə, kəmiyyət mücərrəd, ümumiləşmiş təfəkkürə məxsus kateqoriyadır. Əşyaların konkret çoxluğunun ifadə olunması bu kateqoriyanın yaranmasında ilkin mərhələ sayıla bilməz [1,]. Kəmiyyət kateqoriyasının əsas məsələsi təki cəmdən ayırmaq, onları ifadə edən vasitələri yaratmaq olsa da, kəmiyyət mənasının müxtəlif formalarını müəyyənləşdirmək daha mürəkkəb məsələlərdən birinə çevrilmişdir. Real gerçəklikdə yalnız təklik və cəmlik üzə çıxmır. İnsanlar əşyalarda qoşalıq, cütlük, topluluq, sayılmazlıq, sayıla bilən olmaq, miqdarın müəyyənliyi, qeyri-müəyyənliyi, ölçülmək, yalnız tək olmaq, yalnız cüt olmaq, ölçüyə gəlməmək, sonsuz olmaq, hissələrə bölünmək və digər bir sıra xassələri də aşkara çıxarmışlar. Bütün bunlar yalnız qrammatik kəmiyyətlə ifadə oluna bilmir. Hər bir dilin funksional-semantik kəmiyyət sahəsinin müxtəlif konstituentləri olur və bu kəmiyyətin müxtəlif spesifik cəhətlərini ifadə etmək üçün dildə imkanlar yaradır. Bununla belə, müxtəlifsistemli dillərdə kəmiyyətin ifadə olunmasında oxşar və fərqli cəhətlər üzə çıxır. Qədim insanlar əşya çoxluğuna ayrı-ayrı predmetlərin cəmi kimi yanaşmazdan əvvəl bu çoxluğu tam bir toplu kimi dərk etmişlər. Belə ki, əşya qrupunun ayrıayrı predmetlərin cəmindən ibarət olması deyil, onun tam bir toplu halında mövcud olması diqqət mərkəzində durmuşdur. Həmin dövrdə topluluq, çox güman ki, əşyaların kəmiyyəti deyil, keyfiyyəti kimi dərk edilmiş və müxtəlif saylı əşyalardan ibarət toplular müxtəlif əlamətlər kimi qavranılmışdır. Əşyaların topluluğu müxtəlif xalqların dilində fərqli şəkildə ifadəsini tapmışdır. Bu cəhət dilin mədəniyyətlə bağlılığından qaynaqlanır. Hər bir xalqın dilində onun obyektlərə, hadisələrə münasibətinin inikası özünü göstərir. Mədəni kontekst dildə müəyyən kateqoriyanın, o cümlədən kəmiyyət kateqoriyasının ifadə olunmasına da təsir göstərmişdir. Qədim slavyan yazılı abidələrində isimlərin adlıq halının cəmi xüsusi toplu isimlərlə ifadə olunmuşdur. Bu isimlər də qrammatik cəhətdən tək formada çıxış etmişlər. Belə bir fikir vardır ki, isimlərin topluluğunu göstərmək üçün sözdəyişdirici deyil, sözdüzəldici şəkilçilərdən istifadə olunmuşdur. Bu isə topluluğun leksik yolla ifadəsi sayıla bilər. Slavyan dillərinin sonrakı inkişaf mərhələsində topluluq göstəriciləri qrammatik cəm şəkilçiləri kimi çıxış etməyə başlamışdır. Bir sıra dillərdə, eləcədə slavyan dillərində topluluğu ifadə edən kifayət qədər leksik vahid vardır. Azərbaycan dilində kəmiyyət kateqoriyasında təklik anlayışı sıfır şəkilçilidir, yəni onun qrammatik əlaməti yoxdur, cəmlik anlayışını bildirən söz-forma ilə qarşılaşdırıldıqda üzə çıxır. Cəmlik isə bir sıra şəkilçilərin artırılması ilə düzəlir. Azərbaycan dilində cəmlik mənası yaradan şəkilçilərə aşağıdakılar aid edilir: - lar, (-lər), -lıq (-lik, -luq, -lük ), -lı (-li, -lu, - lü), -q (-k), -ıq (-ik,- uq. -ük), - ız (- iz, - uz.- üz), -gil. Kəmiyyət nisbi anlayış olduğundan həm şəxs paradiqmasına daxil olan şəkilçilər, həm də bəzi sözdüzəldici şəkilçilər sözə artırılaraq kəmiyyətin çoxluğunu ifadə edirlər. Bu şəkilçilərin kəmiyyət kateqoriyası şəkilçiləri sırasına daxil edilməsi paradiqmaların qarşılaşdırılmasında fərqli xüsusiyyət yaradır.

63 MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ KƏMİYYƏTİN İFADƏ OLUNMASININ J.Qəribova türk dillərində cütlük anlamının ifadə olunması məsələsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, türk dillərinin daha qədim inkişaf dövrlərində cütlük anlamı müəyyən bir göstərici ilə əlaqədar olmuşdur. Bu, ola bilsin ki, proaltay və yaxud ural-altay dövrlərində mövcud olmuşdur və dilin sonrakı inkişaf mərhələlərində çoxluq ifadə edən müxtəlif məfhumlar ümumi kəmiyyət anlamı fonunda dərk edilməyə başladıqca onların ifadə vasitələri arasındakı sərhəd də tədricən yox olmuşdur [2,20]. Analitik dillərdə çoxluq bildirən miqdar saylarından sonra isim gəldikdə ikinci tərəfdə cəmlik bildirən əlamət işlənilir. Bu da Azərbaycan dilində kəmiyyət kateqoriyasına məxsus məntiqi qaydanın başqa dillərdəkindən fərqli olduğunu göstərir. Məsələn: ingilis dilində beş kitab anlayışı five books, fars dilində pənс ketabha şəklində ifadə olunur. Rus dilində ikinci tərəfin cəmliyi müxtəlif formalarda, o cümlədən qrammatik cəhətdən ayrı-ayrı şəkilçilər vasitəsi ilə bildirilir: пяти баранов, десяти тетрадей, десяти домов, двое друзей və s. Sözdüzəltmədən fərqli olaraq, sözdəyişmənin digər bir xüsusiyyəti paralelizmdir. Belə ki, ingilis dilində, demək olar ki, bütün isimlərin tək formasında onların cəm formalarının əsası durur və ya əksinə, bütün isimlərin cəm formaları onların tək formalarından törəmişdir. İngilis dilində isimlər əksər hallarda paralel olaraq iki cütlükdən: tək isimdən (a hat - şlyapa) və tək isimdən törəmiş cəm isimdən (hats - şlyapalar) ibarət olur. Bunlardan biri danışana məlum olduqda, digəri də anlaşıla bilər. Belə formaların hər bir silsiləsi paradiqmaların paradiqmatik silsiləsi (a paradigmatic set of paradigm) adlanır və bu silsilədə olan hər bir hissə fleksiyaya uğramış forma və ya fleksiya (inflected form or inflection) adlanır. Kəmiyyət kateqoriyası üçün mənanın səciyyəvi ziddiyyəti tək formanın çox predmeti (ing: army, tribe; rus: армия, племя; Azərb: ordu, qəbilə, tayfa, xalq və s.), cəm formanın isə tək predmeti (ing: glasses, shorts; rus: очки, шорты və s.) adlandırmasıdır. Bəzən eyni predmet həm tək, həm də cəm formalarına malik olur (ing: moustache moustaches, rein reins; rus: сеть сети, штат штаты və s.). Bəzi kəmiyyət göstəricilərindəki mürəkkəblik dildə mübahisəli məqamlar ortaya çıxarır. seafoodplus.infosova singularia tantum və pluralia tantum isimlərinin kəmiyyət kateqoriyasından məhrum olduğunu, bəzi isimlərin isə leksik mənalarına görə kəmiyyət mənalı sözlərdən uzaqlaşdığını yazır. O qeyd edir ki, ayrılma, bölünmə, sayılma anlayışları assosiasiya yaratmır [3, ]. Bir sıra sözlərdə kəmiyyətin dəqiq sərhədi qeyri-aşkar qalır. Məsələn, a scissors, a hustings, a gallows və s. Bu cür sözlər a pare of ilə birləşərək təkdə işlədilir. Bəzi cəm formalarının sintaktik əlaqələrinə görə tək formaya uyğun gəlməsi də qeydə alınır. Aşağıdakı birləşmələr bu baxımdan maraq doğurur: 20 pound, a few ton, 40 head of poultry, 20 head of game, a couple of year, a fleet of 20 sail. Qeyd olunan halda topluluq bildirməyən, yeni bir predmeti adlandıran söz müəyyən kontekstdə topluluq bildirən vahidə çevrilir. Bunu ölçü, çəki, say bildirən sözlərlə də əlaqələndirmək mümkündür. Azərbaycan dilində gül almaq, çiçək almaq, kartof almaq, buğda almaq, qənd almaq kimi birləşmələrdə qeyd olunan əşyanın tək mənası yoxdur. Burada, ümumiyyətlə, əşyanı almaqdan söhbət gedir.

64

Значение слова "büyük sözüme tövbe" в словаре турецкий языка

КНИГИ НА ТУРЕЦКИЙ ЯЗЫКЕ, ИМЕЮЩЕЕ ОТНОШЕНИЕ К СЛОВУ «BÜYÜK SÖZÜME TÖVBE»

Поиск случаев использования слова büyük sözüme tövbeв следующих библиографических источниках. Книги, относящиеся к слову büyük sözüme tövbe, и краткие выдержки из этих книг для получения представления о контексте использования этого слова в литературе на турецкий языке.

1

Örnekleriyle türkçemizin açıklamalı büyük deyimler sözlüǧü

BÜYÜK SÖZ SÖYLEMEK : Yapacağı bir şey hakkmda o şeyin muhakkak başarılı olacağmı kesin olarak söyleyip övünmek. «Büyük lokma yemeli, büyük söz söylememelidir.» Atasözü. BÜYÜK SÖZÜME TÖVBE : Kesin bir konuşmanm ardmdan 

Hamidoğlu Fethi Gözler,

2

Savaş Yazıları 2 - Sayfa 30

BÜYÜK SÖZÜME TÖVBE! Eski yazılarımı karıştırıyordum. Tarih sırasıyle giderken, yılının başlarında yazılmış bir yazıma rastgeldim. (Koca Hakikat) isimli bir yazı Yiyecek ve giyecek maddelerini alıp sıralıyor; ve eski fiyatlarla yenilerini 

Necip Fazıl Kısakürek,

3

Nimetşinas; roman - Sayfa 37

Ay büyük sözüme tövbe Artık ona da mı iş göreceğim Küçük Hanımın azarını işit, büyük Hanımın derdini çek Beyefendinin paylamasına uğra. Bunların hepsi neyse ne, ama bir de bunun hizmetçisi mi olacağım?.. Ay büyük sözüme tövbe!

Hüseyin Rahmi Gürpınar,

Evlenip çoluk çocuk sahibi olsaydık belki onlar bakarlardı. Nasip Ellerini telaşla ve büyük bir pişmanlıkla dizlerine vurdu: – Tövbe ya Rabbi. Büyük sözüme tövbe! Nasipte bu varmış demek ki. Elhamdülillah Munise Hala biteviye anlatıyordu.

Âlemin dedikodusunu da dü?ünmeyelim. Beyefendi ho?lanmadı diye ilk gecesinde kızı arabaya koyup babasının evine gönderiverelim, öyle mi? Naki, burasını iyi bil Bundan sonra karı diye damlara çıksan büyük sözüme tövbe, senin için 

Hüseyin Rahm Gürpınar,

6

Dobrucaʼdaki kırım türklerinde atasözleri ve deyimler - Sayfa

Müstecib Ülküsal. Bu sakalni tïrmende agartmadik. Bu sakali degirmende agartmadik. Buyur etmek. Buyur etmek. Buyuk sözüme tövbe. Büyük sözüme tevbe. Buz üstüne yazmak. Buz üstüne yazmak. с

7

On üçüncü yüzyıldan günümüze kadar şiirde ve halk dilinde

Olur sanma gamin nzk ile eksük Büyük basin olur agr i s i büyük Güvâhl Çâh.i sersârdan olma memnûn Derdin olur Ne zaman eylemeyim cürm didimse itdim Tövbe bir dahi büyük söylemeyim yâ Rabbi Lemt 7 Büyük sözüme tövbe.

8

Arkadaş Türkçe sözlük - Sayfa

0 büyük aptes insan dışkısı, büyük aptesi gelmek (insan için) dışkılama gereksinimi duymak, büyük harf dilb. genellikle ölümlüdür" biçimindeki bir akıl yürütmede "Bütün insanlar ölümlüdür" önermesi büyük önermedir, büyük sözüme tövbe!

9

Türk ata sözleri - Sayfa 72

Büyükler zulm eder yalan söylemez. () (B/c. ) Büyüklük Tanrıya yakışır. () Büyük sözüme tövbe. Büyümüş de küçülmüş. Büyükten küçülmüş. (Ş. ) CAHİL günde bin hatır yıkar âlim yapar. Cahil.

10

Deyimlerimizin sözlüğü - Sayfa 88

Yapamayacağı şeyi kesinlikle yapacakmış gibi övünerek anlatmak. 2) Kendi başına da gelebileceğini düşünmeden başkasının uğradığı kötü durumla eğlenmek. Büyük sözüme tövbe! Kötü bir duruma düşmeyeceğimi söylüyorum, ama dilerim, 


ССЫЛКИ

« EDUCALINGO. Büyük sözüme tövbe [онлайн]. Доступно на <seafoodplus.info>. Июн ».

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir